Gönderi

284 syf.
·
Puan vermedi
Salam. Bu günün də kitab təhlili Livanəlidən olsun içində o qədər dərin mövzular, düşündürən hekayələr, tarixi hadisələr olmasına baxmayaraq, çox rahat oxunulan romandır. Üç fərqli insanın, fərqli həyat hekəyələri... Kitabın ilk səhifələrində belə bir cümlə var “mücadelelerin, savaşların çoğunun altında mülk kavgası var”. Həqiqətən də bütün müharibələrin başında mülk dayanır. Ya o evə sən qanunsuz soxulacaqsan, ya da səndən alınanı haqqınla geri qaytaracaqsan. Əsərdə tarixlə bu günün kəsişdiyi əsərdə, müharibənin insanlara nə qədər ağrı yaşatması, illər keçməsinə baxmayaraq hələ də vurduğu zərbələrin yerinin qalmasını görürük. “Leylanın evi” romanı da elə bu mövzu ətrafındadır. Ailəsindən miras qalan, uşaqlığını, gəncliyini, demək olar bütün ömrünü keçirdiyi evini qanunsuz yollarla əlindən alınan Leylanın həyat hekayəsidir bu kitab. Leyla o qədər incə ruhlu, kübar bir qadındır ki, hər kəs ona hötmətlə yanaşır. Bu ev onun bütün həyatı idi. Evsiz qalan yaşlı qadın öz evini yenidən qaytarmaq üçün çox çətinliklərdən keçir. Təbii ki, o tək deyildi. Leylanın yaşadığı həyatdan tam fərqli yaşamlara aid olan Roxy (Rukiye), Yusuf da var idi. Onlar olmasaydı Leyla bəlkə də həyatın tək bir silləsi ilə məhv olardı. Amma haqq hər zaman öz yerini tapır. Sevmədiyim məqamlar da oldu əsərdə. O da yazar romanda erməniləri çox hallandırmşdı. Həm də onları yazıq millət kimi, əzabkeş millət kimi göstərməyə çalışıb.
Leyla'nın Evi
Leyla'nın EviZülfü Livaneli · Doğan Kitap · 201728,8bin okunma
·
12 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.