Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

420 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Axrıncı dəfə bir kitabdan bu qədər təsirlənəndə on yeddi yaşım var idi. O vaxtlar bu təsirlənməyi yaşımla əlaqələndirmişdim, amma, bu bioqrafiyanı bitirəndə elə olmadığını anladım. Kitaba başlıyandan, baş obrazımızımın Məsumə olduğunu biləndən sonra elə fikirləşdim ki, daha çox qadınların təsirlənəcəyi bir əsərdir. Amma bir insanın, hələ bu insanın zərif məxluq dediyimiz bir qadının çiyinlərində bu qədər, hətta bizim(kişilərin) daşıya bilməyəcəyimiz qədər yüklə yaşaması, mübarizə aparmasından bəhs edən bu əsərdən təsirlənməməkçün daş olmaq lazımdır. Kitabda Məsumənin uşaqlığından ahıllığına qədər çəkdiyi əziyyətlərdən, apardığı həyat mübarizəsindən, dözdüyü cəfalardan bəhs edilir. Ailəsi tərəfindən zorla ərə verilməsi, eşqini, sevgisini bir ömür boyu qəlbində boğması və daha artığı. Ümumiyyətlə bu kitabı oxuduqda heçvaxt empati qurmağınızı tövsüyyə etmirəm. Oxunması mütləq olan, dərdlərinizə şükür elətdirən tiplərdən olan bir romandı. Kitabdan heçnə paylaşmadım oxuduğum vaxtı. O qədər girmişdimki əsərə heçnə qeyd etmədim burda. Çoxda şey yazmaq istəmirəm kitab haqda, oxuyub görərsiz. Sadəcə bağışladğı təsirdən nəsə yazmalı olduğumu düşündüm.
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,531 okunma
·
108 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.