Gönderi

Hər günəşə vardım ləkəli gördüm, Hər vicdana girdim kölgəli gördüm. Parlaq imanları şübhəli gördüm, Məgərsə hər cilvə bir xülya imiş. Altun əsiridir həp irzü namus, Yoxsullara gün yox, ya məhv ol, ya sus! Hər kəs insanlıqdan dəm vurur, əfsus! Həp yalan, təməlsiz bir sevda imiş. Yaralı könlümü tikənlər deşdi, Kimdən vəfa umdum qanımı içdi, Cavan ömrüm fəryad içində keçdi, Səadət əməli bir röya imiş.
·
12 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.