Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

bəqərə - 228 "kişilər onlardan (qadınlardan) bir dərəcə üstündürlər"
·
25 görüntüleme
F okurunun profil resmi
Burada fiziki maddi cəhət ön planda tutulub. Təfsir kitablarına müraciət etsəz daxili ixtilafdan xilas ola bilərsiz. Qalandaki müsəlmanlara(gerçək) bu məsələ zaten ixtilaf doğurmayan bir məsələdir. Bu ayəni təfsirsiz burada paylaşmaq mənim fikrimcə düzgün deyil çünki istəmədən başqalarında da daxili ixtilaf yarada bilərsiz. Ve indi çox az adam oxuduğu şeyin səbəbini axtarır. Təşəkkürlər.
Maharram Akperov okurunun profil resmi
salam. Təfsir kitablarında hər bir düşünür öz rəyini qatır, öz fikrini qatır. Hər təfsir kitabında fərqli birşey yazılır. Ona görə də, məncə Quranı ilk öncə təfsirsiz, mötərizələrdəki əlavələr də olmadan oxumaq lazımdır. O zaman insan Quranın fikrini öyrənir, hansısa ruhaninin Qurandakı ayə haqqındakı fikirlərini yox. Ona görə də, hələki təfsirlərə üstünlük vermirəm. Arada olur ki, normal bir ayədir, gəlib elə düz qoş edirlər ki, guya möcüzədir, heçvaxt bilinməyən şeyi 14-cü əsrdə bilib, buna görə də Allahın möcüzəsi kimi qələmə verirlər. İnsan da oxuyur təfsiri, inanır ki hə doğurdan möcüzədir, amma əslində bu məlumat heç tam da elmlə üst-üstə düşmür, və ya eramızdan 4 minillik qabaq belə bu bilinirdi. Bunu deməkdə məqsədim Quranda səhvlər olmasını demək deyil, sadəcə bəzi təfsirlərin normal ayəni möcüzə kimi göstərməsidir. İstər fiziki cəhətdən, istər maddi cəhətdən, istər mənəvi cəhətdən, hər bir cəhətdən qadınla kişi, hətta bir fərd ilə digər fərd fərqlidir. Eyni ola bilməz,eyni olsaydı ikilik olmazdı zatən, bir vücud olardılar. Amma fərqli olmaq mütləq birinin üstün, birinin aşağı olması anlamına gəlmir. Müsəlmanlar arasında ixtilaf doğurmaya bilər, zatən burada ixtilaflı birşey yoxdur, sadəcə Quranın bu barədə fikiridir. Sadəcə, bu məsələlərə baxış nisbi olduğu üçün dəyişə bilər, biri razılaşa bilər, biri yox. Kiminsə də razılaşıb razılaşmaması nə Quranı nə də həmin insanı səhv çıxarmır. Sadəcə fərqli ola bilər.
Ælvin okurunun profil resmi
Ayənin tamamının önəmli olduğu kimi, əvvəlki və ya sonrakı ayələr də vacibdir məsələni düzgün başa düşmək üçün (düzgün tərcümə və təfsir də öz növbəsində vacibdi fikrimcə), məsələn mövzunun "talaq" olduğu və ayədə "kişilərin qadınlar üzərində haqları olduğu kimi onların da kişilər üzərində layiqli haqları vardır" deyildikdən sonra "Ancaq kişilər onlardan üstündür" davam etməsi, sizin üçün təfsirə ehtiyac olmadan aydın ola bilər, ancaq bir çoxlarımız elə ayənin bir qisimini görüb səhf nəticəyə gələ bilərik... (Nəhcül-Bəlağə'də bənzər mənalı xütbə var ki, onu da səhf başa düşürlər)
Maharram Akperov okurunun profil resmi
Ayə: Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib) gözləməlidirlər. Əgər (o qadınlar) Allaha və qiyamət gününə inanıblarsa, Allahın onların bətnlərində yaratdığını (uşağı) gizlətmək onlara halal olmaz. (Bu gözləmə müddəti içərisində) ərləri barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha çox haqlıdırlar. (Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər. Allah yenilməz qüvvət, hikmət sahibidir. Ayənin tamamı belədir. Ayədə səhvlik falan görmürəm, normal ayədir. Sadəcə, kimin daha çox əziyyətə qatlaşması ailədən ailəyə dəyişir, məncə. Və əziyyətə qatlaşmaq ümumiyyətlə kişiləri ümumiyyətlə qadınlardan niyə üstün etsin?
Ariztotell. okurunun profil resmi
Feministlər bunu bəyənmədi.
Ariztotell. okurunun profil resmi
Ali İmran surəsi, 7-ci ayə: Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər.
F okurunun profil resmi
Sizin dediyiniz doğrudursa nə peyğəmbərə ehtiyac var idi nede əhli-beytə , Allah kitabı göndərərdi hamıda oxuyardı. Nə üçün islam öz mahiyyətini itirdi? Çünki peyğəmbərin(s.a.a) vəfatından sonra Əli(a) peyğəmbərin tapşırığına müvafiq olaraq quranı yazmağı bitirdikdə ( təsfirlər ilə )quranı gətirdikdə ona bizim sənin quranina ehtiyacımız yoxdur dedilər .Hərgah düzdür ilk öncə oxuyub nəticə çıxarmaq olar amma ki, təfəkkür yetersizliyi olduqda bizdən əvvəl bu mərhələləri keçmiş insanların kitablarına baxmaqdan zərər gəlməz.
Maharram Akperov okurunun profil resmi
Mən Əhli-Beyti nəzərdə tutmuram, onlar zatən işin əslindən xəbərdardılar yəqin ki. Əlbəttə zərər gəlməz, mən ilk dəfə şəxsin özünün təfsirsiz oxuyub, daha sonra təfsirlərlə baxıb başqa baxış açıları ilə tanış olmağın tərəfdarıyam. İnsan ayəni oxuyub keçməməlidir, Quran insanı çaşdıran, üstündə çox düşünələsi kitabdı. Yəni araşdırmalar edilməlidir, ancaq elmi cəhətdən, hansısa ruhaninin baxış açısı ikinci plandır
F okurunun profil resmi
Və onu demək istəyirəm ki, nisbilik həqiqətə təsir göstərmir. Biraz istiqamət fərqli irellemisiz amma düşünürəm zamanla öz yoluna düşəcək .
F okurunun profil resmi
İxtilaf yaradacaq bir mövzunü cəmiyyətə açıq olmayan istiqamətdə düşünmeyiniz tövsiyə edərəm o zaman, ilk öncə öz düşüncələriniz ilə sonra başqalarının düşüncələri ilə tanış olmağı üstün tutmaginiza müvafiq olaraq. Tefsirlərin düşüncə olduğunu müdafiə etmirəm təfsir açıqlamadir ki əgər biri öz düşüncələrini təfsir kitabı adında çap edirsə bu ayrı mənfidir. Amma mənim baxdığım mötəbər mənbələrdən əgər müəllif öz fikrini əlavə etmək istəyirsə bu bildirilir sonra tefsire davam edilir. İnshaAllah dediklerimden hər hansı birşeyi sehf vəya ixtilaflı başa dusmezsiz təşəkkürlər .
Ælvin okurunun profil resmi
Qardaş mən sizin digər rəylərinizi də nəzərə alaraq yazmışam, doğrudur təfsir kitablarında fərqlilik ola bilər (necəki sizin yazdığınız tərcümədə "kişilərin əziyyətə qatlanmaları" barədə mənim oxudum tərcümə və təfsirdə yazılmayıb) ona görə hədislərə də müraciət etmək olar, kişilərin məsələylə bağlı qadınlardan niyə üstün olduğu o vaxt aydın ola bilər. Qaldı ki, ayənin səhf olmadığına; aydın məsələdir sadəcə bəzən insan bir Ömür bir şeyi doğru başa düşdüyünə inanır sonra baxır ki, bütün yolu səhf gəlib.
Maharram Akperov okurunun profil resmi
Tanrıdan və ya Muhəmməd Mustafadan soruşmaq lazım
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.