Puan vermedi·115 syf.··
2020 28. kitabı
·
5 saatte okudu
·
Okunma: 26 Kasım 2020 13:47
L.N.Tolstoy'dan oxuduğum ilk kitab, qələmi ilə ilk tanışlığım oldu. Yazıçı daha çox romanları ilə tanınsa da, həm də gözəl hekayələr müəllifidir. Elə "İnsanı yaşadan nədir" adlı kitabın içərisində də Tolstoy'un beş hekayəsi yer alır. Hekayələr ümumilikdə oxucuya sevməyi, bağışlamağı, güzəştə gedə bilməyi, nəfsinə qurban getməməyi, vicdanlı olmağı, bir sözlə - insan olmağı, insani dəyərlərimizi xatırladacaq həyat dərsləri öyrədir. Bir yandan da Tolstoy'un insan qəlbinə Allah sevgisini, mərhəmət hissini necə aşıladığının şahidi oluruq. Sonda isə MİMTA (Milli İrsi Mədəni Tarixi Araşdırmalar) nəşriyyatı haqqında mütləq öz fikrimi bölüşmək istəyirəm. Oxuduğum bir çox kitablarda orfoqrafik səhvlərə hədsiz dərəcədə çox rast gəlirəm, təkrarolunan uğursuz çaplar məni tamam hövsələdən çıxardır. "İnsanı yaşadan nədir?" kitabı MİMTA nəşriyyatının idi. Bir hərf səhvi tapa bilməzsiniz) Üz qapağı, tərcüməsi, çap formatı olduqca uğurlu alınıb. Kitab seçimi edərkən bu nəşriyyata da müraciət edə bilərsiniz.
İnsanı Yaşadan Nədir?Lev Tolstoy · Mimta Nəşriyyatı · 2020234,2bin okunma
·
98 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Bu əsərinin adı “İnsan nə ilə yaşar”deyilmi .yoxsa mən yanılıram , bu bilmədiyim əsəridi?
Əhmədova Gülarə
Gönderi Sahibi
Bəli, tərcüməsi bu cür edilib. Hekayəni oxuduqda əslində hər iki dildə də eyni mənanı verdiyini başa düşmək olar.
Tolstoy'dan oxuduğum ilk kitab idi mənim də, çox sevmişdim. Anna Karenina kitabını da tövsiyyə edərdim😻Amma oxuduğunuz zaman ya Türkcə oxuyun yada ki Qanun nəşrindən başqa bir nəşr seçin😑Çünki tərcüməsin də bir çox hərf, cümlə səhvləri var. İncələmə də maraqlı olub, ilk dəfə idi ki bu nəşrlə qarşılaşdım.🌿
Əhmədova Gülarə
Gönderi Sahibi
Elə Qanun nəşriyyatından bəhs edirdim, təəssüf ki, kitablarımın əksəriyyəti həmin nəşrdəndir, səbəbini heç özüm də bilmirəm 🤦🏻‍♀️ Anna Karenina isə mütləq oxuyacaqlarım siyahısındadır, təşəkkür edirəm🌹🤗