Gönderi

Adsız əzab ən ağırdır. Əzabın adını tapandan sonra, götür onu qaldır göyə, vur yerə, çıx köksünün üstünə, al canını, yəni nə qədər bacarırsan özünü ondan təmizlə. Yalnız bundan sonra əsl rahatlıq tapa biləcəksən. Yox əgər, əzabın adını tapmağa tənbəllik edib, onu unutmağa çalışırsansa, bu zaman sən hətta əzabı unutsan da, əslində, o səni tərk etməyəcək. Sən onu beyninin,qəlbinin dərininə, özünün belə girə bilmədiyin bir hücrəsinə qova bilərsən. Əzab orada gizlənər və öz zamanını səbrlə gözləməyə başlayar. Zaman gəlib yetişəndə isə bu müddət ərzində vəhşiləşmiş əzab gizləndiyi yuvasını tərk edib dərinliklərdən sıyrılıb yeni bir qüvvə ilə üzə çıxır, amma...Əzab gizli yuvasını tərk edəndən sonra onun yerində dərin və açıq bir yara qalır. O yara artıq bir daha sağalmayacaq.
··
4 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.