10/10
·560 syf.··
Beğendi
·
2020 96. kitabı
·
14 günde okudu
·
Okunma: 20 Kasım 2020 11:12
Mənə elə gəlir ki, kitablar öz zamanı gəldiyində “məni oxu “ deyə səslənirlər.Ona görə də bugünə kimi oxuduğum heç bir əsər üçün gecikdiyimi düşünməmişəm.Eyni hadisə “Zəfər tağı” kitabı üçün də şamil olundu.Aylardı kitablığımda gözləyən kitabın səsini eşidib oxumağa başladım.İlk səhifələrdən yağışı,soyuğu və noyabr ayının tənhalığı tam da zamanında oxuduğumu sübut etdi. . Kitabı oxuyan hər kəsin “Ravik” deyə birindən ağız dolusu danışdığını görən zaman istər istəməz , “bu necə obrazdır ki, hər kəsi məftun edib” deyə düşünürdüm.Və mən də hər oxucu kimi Raviki tanıyıb ,onun özünə məxsus dünyasına qoşulub itdim.Remark elə bir obraz yaradıb ki, hər birimiz biraz da olsa Ravikin nəzdində özümüzdən bir parça tapıb, “necə də doğru danışır, necə də mənə bənzəyir, mən də olsam belə edərdim” deyə düşündürür.Bu da yazarın ustalığından irəli gəlir. . Qalınlığı biraz gözü qorxutsa da, bir o qədər sadə və axıcı olan bu roman ,oxuduğum ən gözəl və unudulmaz klassik əsərlərdən birinə çevrildi.Bu kitabdan aldığım mənəvi zövgü uzun müddət başqa kitablar da axtaracağımı düşünürəm.Ümid edirəm ki, yenidən bu qədər ürəyimcə olan bir əsərlə qarşılaşaram.
Edebiyat
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014567 okunma
·
793 Gösterim
6 Yorum
Lütfen giriş yapınız.
İncələməni oxuyarkən övladı ilə qürur duyan ana kimi hiss etdim özümü, bir az Remark heyranıyam da😄 Təşəkkür edirəm incələmə üçün, gözəl yazmısız🌸 (I love you Remark😄)
Gulaye Alizade
Gönderi Sahibi
İnan ki, artıq mən də elə hiss edirəm😁rəsmən əsəri mənimsəmişəm❤️
Alıntılarınızdan və təhlilinizdən kitabı çox bəyəndim. Kaş türk dilində olanını tapa bilsəydim. Xoş mütaliələr. ☺️
Gulaye Alizade
Gönderi Sahibi
Ilk defe idi ki, qanun tercumesini hedsiz beyendim) oz dilimizde de sans versez seversiz😊Ne xos mene, cox saqolun
Yazarın heç bir kitabını oxumamışam, çox güman yazarla ilk tanışlığım bu kitabla olacaq:) İncələmə gözəl alınıb🌿
Gulaye Alizade
Gönderi Sahibi
Oxuyub, bəyəndiyiniz üçün çox sağolun🤗
Əla təhlil etmisiniz. Kitab məndə kalvados içmək istəyi oyatmışdı)
Gulaye Alizade
Gönderi Sahibi
Adi o qeder cekilir ki, istememek mumkun deyil) cox saqolun🙏
Bu kitabı sizin instagram səhifənizdə görüb aylar öncə oxumuşdum. (Ah Raviq ah)