Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

64 syf.
8/10 puan verdi
·
16 günde okudu
"Təbiətin dilində ölüm məhv olmaq  deməkdir, amma həyatın özü də zarafat deyil. " Artur Şopenhauer deyir ki, ölüm dahiyanə ilham mənbəyidir, o Sokratdan bu günə qədər filosofları həyatın metafizik əsası haqqında düşünməyə məcbur edir. Məhz bu düşüncələr bizə bizim şüurumuzun orqanik həyatımızın nəticəsi olduğunu  və yaşımızla birlikdə onun da inkişaf edib zəiflədiyini öyrənməyimizə səbəb oldu. Başqa sözlə, əslində emprik nöqteyi-nəzərdən də, materialistik nöqteyi-nəzərdən də bizim həyatımızın metafizik əsası vardır.  "Ölümün dəhşəti səndə o illüziyanı yaradır ki, ölümlə mənlik məhv olur, amma dünya öz mövcudluğunu (varlığını) davam etdirir. Əslində isə bunun əksi doğrudur: dünya itir, dünyanın öz mövcudluğunu təmin edə bildiyi müqəddəs "mən" isə qalır. Beyinlə birlikdə intellekt, intellektlə birlikdə də obyektiv dünya (reallıq) və onun sadə təsəvvürləri məhv olur. " Həqiqətən də bəşər övladı əsrlərdir ki, ölümdən öncəki və sonrakı həyatla əlaqədar nələr etməyib. Müxtəlif miflər, əfsanələr, nağıllar və dinlər insanın ölüm qarşısındakı acizliyi və qeyri-müəyyənlik qarşısındakı qorxusuna qarşı müəyyən cavablar verərək onu sakitləşdirməyə çalışır. Emprik nöqteyi-nəzərdən onların heç birinin əhəmiyyəti olmasa da, cəmiyyətimizi bütün bu universal mədəni irssiz təsəvvür etmək çox çətindir. Çətin olan digər bir məqam ondan ibarətdir ki, dünyaya gəlməmişdən öncəki və ölümdən sonrakı fəzada bizi biz edən, bəzən kəsişən, bəzənsə paralelliyini qoruyan, kimlərə görəsə ruh adlanan şəxsiyyətsiz varlığımızla əlaqədar bəzi şeyləri dərk edək.  "Mən dünyaya gələnə qədər sonsuzluq qədər vaxt keçdi, bütün bu müddət ərzində mən kim olmuşam?" Bu sualın metafizik cavabı belə ola bilər: mən həmişə mən olmuşam: bütün bu müddət ərzində özlərini "mən" adlandıranlar elə məhz mən olmuşam. " Şopenhauer oxuduqca mən başa düşdüm ki, fəlsəfənin başlanğıc nöqtələri var. Müəyyən başlanğıc nöqtələrindən başlayıb hərəkət etmək mümkün olur. Bəziləri fəlsəfəni xaos kimi başa düşürlər və belə hesab edirlər ki, fəlsəfəylə məşğul olmaq ünvanı olmayan mənzil başına gedib çatmaq kimi bir şeydir. Halbuki fəlsəfədə möhtəşəm nizam-intizam vardır. Kant, Hegel, Spinoza və Şopenhauer bu başlanğıc nöqtələrindəndir. Eyni zamanda mən onu da başa düşdüm ki, Şopenhaueri populyar mütaliə obyekti edən nəşriyyatlar çox böyük səhvə yol verirlər. Çünki onlar filosofun əsərlərindən fraqmentləri pərakəndə şəkildə ardıcıllıq olamadan çap edirlər. Şopenhaueri isə onun özünün təyin etdiyi ardıcıllıqla oxumaq lazımdır.  "Əslində tarix, hər dəfə müxtəlif nəticələri verən kaleydoskop kimidir. Halbuki hər dəfə gözlərimizin önündə eyni şeylər baş verir."  Ölüm və onun bizim məhvedilməzliyimizə olan münasibəti" Şopenhauer fəlsəfəsinin sadəcə fraqmentidir və bu nöqtəyə gəlmək üçün əslində Şopenhauerin iradə və palingeneziya kimi fəlsəfi-metodoloji məktəbindən keçmək lazımdır. Əks təqdirdə tam mənzərəni görmək mümkün olmayacaq.   "İndividiumun ölüm qarşısındakı qorxusu qarşımızda qəribə və bir o qədər də gülməli vəziyyəti qoyur: hər şeyin məhz ona görə var olduğun və onun varlığı ilə dolduğu hakim (insan) ölməkdən, əbədi heçliyin dərinliklərinə qərq olmaqdan qorxur. Əslində isə elə bir yer, elə bir canlı yoxdur ki, o, orada mövcud ola bilməsin. Məgər heçlik varlığın daşıyıcısı deyil? Bütün bunlara baxmayaraq o, ölüm qarşısında qorxusundan əsir. Çünki ona elə gəlir onun həyatı cari canlının ölümü ilə sonlanacaq: bu illuziya həyata daxil olarkən də onunla birlikdə idi. "
Ölüm ve İçsel Doğamızın Yok Edilemezliği ile Olan İlişkisi
Ölüm ve İçsel Doğamızın Yok Edilemezliği ile Olan İlişkisiArthur Schopenhauer · Oda Yayınları · 2014229 okunma
··
108 görüntüleme
Aydan okurunun profil resmi
Çox gözəl yazmısan. Oxuduğumda çox həzz aldım. Həmişə düşündüyüm bir düşüncə var: Mən öləndə dünya da mənimlə birgə yox olacaq. Mən nə qədər varamsa mənim dünyam da o qədər var.
Rahib Eyvazov Θεόδωρος okurunun profil resmi
Çox sağ ol 🙏🏻 Bir alıntı da belə idi "Artık var olmayacağımız zaman için yas tutmak en az henüz var olmadığımız zaman için yas tutmak kadar saçmadır; zira bizim varlığımızın doldurmadığı - doldurduğu zamanın geçmişinde ve ya geleceğinde olmasının hiçbir önemi yoktur".
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.