10/10
·152 syf.··
Beğendi
·
2020 38. kitabı
Salam. Növbəti kitabım George Orwellin “Heyvan ferması” əsəri oldu. Distopik janrda yazılmış “hayvan çiftliği” əsəri, heyvanların timsalında, insanlara siyasi mesajlar verməsi üzərinə yazılıb. Oxuyan hər kəs bilir ki, George daha çox Sosialist dövrünü, Stalini (Napaleonun timsalında), totalitar rejimi tenqid edib bu əsərində. Amma digər bir fakt isə burda əsas məğz insan faktorudur. İnsanların zəif cəhətlərini, onların haqsızlıq qarşısında susmalarını, sosial ədalətsizliyi onlara göstərməyə çalışıb. Çünki hər sistemin başında dayanan məhz “İNSAN”dır. İqtidar, mənfəət hirsi ön planda olur o “insan”larda. George Orwell de siyasi mesajları heyvanlar uzerinden catdirmaga çalışıb. İnsan zülmünə uğramış heyvanlar bir məqsəd amalında birləşməyə, “ədalət” uğruna mübarizə aparmaq üçün birgə yol alırlar. Və əllərindən gələni etməyə çalışırlar. Yetər ki, rahat yaşasınlar, aclıq, yoxsulluq, işgəncə olmasın. Ancaq bir şeyi unudurlar “ədalətsiz dünyadan ədalət gözləmək olmaz”. Axı güc kimdədirsə, söz sahibi də odur. Oxuduqca həm də əsəbləşirdim. Çünki azadlıq istədikləri yerdə, həm də “Napaleon”un (başçı donuz) buyruqlarına əməl etmələri, səssiz qalmaları, heç bir tədbir görməmələri özlərinə qarşı etdikləri səhv idi. Səssiz qalan hər kəs göstərilən zülmə məhkum qalır. Başqasının iradəsinə tabe olub, yenə də əsir həyatı yaşamağı seçdilər. Oxumayanlar varsa bu dəyərli əsəri, gecikdirmədən oxusunlar Bütün hayvanlar eşittir ama bazı hayvanlar diğerlerinden daha eşittir. İnsan. Tek gerçek düşmanımız insandır. İnsanı ortdan kaldırın, açlığın ve köle gibi çalışmanın temelindeki neden de sonsuza dek silinecektir yer yüzünden. İnsana karşı savaşırken sonunda ona benzememeliyiz.
Edebiyat
Hayvan ÇiftliğiGeorge Orwell · Can Yayınları · 2024296,6bin okunma
··
105 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.