10/10
·136 syf.··
Beğendi
·
2020 230. kitabı
·
9 saatte okudu
·
Okunma: 09 Haziran 2020 07:27
Mixail Bulqakovu `Мастер и Маргарита` əsəri vasitəsi ilə tanımışam. Uzun müddət əsəri ilə məni təsirində saxlayan yazıçı daha sonra "Собачье сердце" povesti ilə də öz yerini lap da bərkitdi. Hərdən bəzi kitablar olur ki, onlar sanki səni səsləyir və əlindəki digər kitabları rəfə qaytarıb səni çağıran kitabı alırsan. "Роковые яйца"/ Ölümcül yumurtalar- kitabı da mənim üçün o kitablardandır. Əsər 1924-cü ildə yazılıb və 1925-ci ildə nəşr olunub. Əsər çoxları tərəfindən sevilsə də `1917-ci il inqilabı`nı ələ salındığı üçün sovet tənqidçiləri tərəfindən kəskin şəkildə tənqid olunmuşdur. Sarkastik elmi-fantastik janrda qələmə alınmış əsərin baş obraz zooloq Vladimir Ipatyevich Persikov`dur və o amfibyalar üzrə mütəxəssisdir. Tədqiqat zamanı o həmkarı tərəfindən `həyat işığı` deyilən və canlıların çoxalmasını və böyüməsini sürətləndirən bir qırmızı işıq kəşf edir və hadisələr beləcə baş alıb gedir. İşığın qırmızı rəng olması Marksın Sosializmini simvolizə edir. Eyni zamanda SSRİ`nin daim elm və texnologiyadan istifadə edərək rəqiblərini geri qoyması, hərbi sistem və qırmızı ordu vasitəsi ilə xalqı vahimədə və itaətdə saxlaması sarkastik bir şəkildə ironya atəşinə tutulur. Yazıçı sonda bütün cəhdlərinə baxmayaraq ölkəni sürünənlərdən xilas edə bilməyən qırmızı ordunun fərsizliyini avqust ayında kəskin dondurucu şaxta ilə bir daha gülüş hədəfinə çevirir. Məncə yazıçı eyni ideyanın/kəşfin müxtəlif əllərə düşməsindən yaranacaq vəziyyəti ustalıqla izah etmişdir. Xoş mütaliələr!
Ölümcül YumurtalarMihail Bulgakov · Türkiye İş Bankası Kültür Yayınları · 20194,853 okunma
23 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.