Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

112 syf.
10/10 puan verdi
Uzun müddət sonra ilk dəfədir ki, bu qədər zövq aldığım və rəy bildirməkdə həvəsli olduğum kitab oxudum. Türk şerini Nazım Hikmet Randan sevmiş biri olaraq yeni nəsil şairlərdən kimisə bəyənmək elə də asan deyil. Amma səmimi qəlbdən deyə bilərəm ki, Can Bonomo qələmi ilə qəlbimi oğurlamağı bacardı. Bir neçə ardıcıl arqument gətirə bilərəm. İlki odur ki, çox unikal və özünəməxsus üslubu var Canın, artıq oxuduğun üçüncü şerindən sonra asanlıqla ayırd edə bilirsən. Damaqda dadı qalır, xüsusi bir havası və cazibəsi var şerlərinin. İkincisi odur ki, istifadə etdiyi sözlər və frazalar o qədər gözəl, o qədər fərqlidirlər ki, lüğətinizi gözəlləşdirəcəyinə çox əminəm. (elzem- the most necessary) Sonuncu olaraq da onu qeyd edim ki, hər oxuduğum şerdə ən az bir misranı özümdən tapıram ki bu da kitabı sənə doğmalaşdıran əsas amillərdən biridir. "sen konuşmaz şarkı söylerdin mutlu sabahlarında şimdi dudaklarında bir hayır ve mutluluk yuvasını terk eden bir güvercin uçmuyor da"
Şu Sevdalar Tevatürü
Şu Sevdalar TevatürüCan Bonomo · Bibliyon · 2016321 okunma
·
34 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.