Bəzi hekayələrini çox sevsəm də, bəzilərini bəyənə bilmədim. Fikrimcə, Halil Cibran ardıcıl olaraq oxumaqdansa, aramla oxumaq çox yaxşıdır. Çünki, üslubu o qədər axıcıdır ki, bir müddət sonra hansı hekayə hansı kitaba aiddir, xatırlamaq olmur. Ona görə də mən aramla oxumağa çalışıram.
Elə metaforalar var ki, oxuduqdan sonra, niyə mən heç vaxt bunu düşünməmişəm deyə özün-özünü sorğulayırsan.