9/10
·315 syf.··
Beğendi
·
2020 232. kitabı
Gözləntilərimin üstündə bir kitab oldu. Normal halda özümün mağazaya gedib seçəcəyim bir kitab qətiyyən deyil. Mən kitab seçimində bir qədər sərhədləri olan biriyəm. Odur ki, bir rəfiqəmin ( əvvəl də ədəbiyyat müəllimim olub) hədiyyəsi idi bu kitab. Digər kitab sifarişlərimi gözlərkən oxumağa başladım. Bitirməyimin uzun çəkməsinin üç səbəbi var: 1-cisi, italyan dili öyrəndiyim və iş yüküm artdığı üçün əvvəlki qədər kitaba vaxt ayıra bilmirəm; 2-cisi, araya bir çox kiçik həcmli kitablar sığışdırdım; 3-cüsü, kitabı sürətlə oxumaq əvəzinə oxuduqca öz həyatımın mərhələlərini analiz etdim. Kitabı hər kəs oxuya bilər, çünki bir hissəsində özünüzü tapmasaz da digər bir hissəsində mütləq tapacaqsınız. Xüsusilə də təhsil işçilərinin, valideynlərin və övlad yolu gözləyən şəxslərin oxumasını tövsiyyə edərdim. Mən kitabı türk dilində oxudum, tərcüməni çox bəyəndim. Kitabın öz yazılış üslubu da kifayət qədər axıcı, sadə və oxunaqlıdır. Kitab sizə zamanında etdiyiniz yanlışları göstərməklə yanaşı onlardan çıxış yolunu da göstərir. Mən çox bəyənərək oxudum, sizə də xoş mütaliələr!
SınırlarHenry Cloud · Koridor Yayıncılık · 20094,364 okunma
·
18 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.