Puan vermedi·216 syf.··Beğendi
· Coetzee barədə çox da geniş danışmağa ehtiyac duymuram. Öz sözünü demiş və imzasını atmışlardan biridir. Təəssüflər olsun ki, ya tərcümə mənim elə də ürəyimcə olmadı, ya da dərslərimin çox olduğu bir vaxta düşdü deyə kitabı bu qədər uzun müddətə oxudum. Kitabdakı ironya və sarkazm, xüsusən də hakimiyyətə yönəlmiş satirik yanaşma çox xoşuma gəldi. Qorxu altında saxlayaraq hakimiyyətin bərqərar edilməsi, müdafiə adı ilə əhalinin var yoxdan çıxarılması və sair çox ustalıqla işlənilib. Həmçinin ədalət və humanizm də əsərdəki aparıcı mövzulardandır.
`` Hə, bəlkə də, dünya heç də xəyaldan, yuxularımızda gördüyümüz kabuslardan ibarət deyil. Bəlkə də, o, hər səhər mütləq qayıtmağa məcbur olduğumuz, nə unuda, nə də xilas ola bildiyimiz həqiqətdir.``
``Bütün canlılar dünyaya ədalət haqqında xatirələri ilə birgə gəlirlər. `Lakin biz qanunlar dünyasında yaşayırıq- mən o bədbəxtə anlatmaq istəyirdim,- mükəmməllikdən uzaq bir dünyada. Onu dəyişdirməyə gücümüz çatmaz. Biz aciz məxluqlarıq. İstisnasız olaraq hamımız ədalət anlayışının yaddaşımızdan silinməsinə yol vermədən qəbul edilmiş qanunlara tabe olmalıyıq.``
` Ədalətsizlikdən əzab çəkənlərin iztirabına şahid olanlar xəcalətdən əzab çəkməyə məcburdurlar.