Dedektiv janrda yazılan bu kitab KGB-nin arxiv sənədləri əsasında yazılmış ilk belə Azərbaycan əsəri idi. Əsər ümumiyyətlə çox maraqlı və sadə bir dillə yazılmışdır. Əsər XX əsr Azərbaycandakı qanunun keşiyində dayanan mühafizə orqanın əməkdaşları ilə cinayətkarlar arasında mübarizədən bəhs edir. Əsərdə yalnız şərəfli peşəsini ləyaqətlə xidmət edən Polis əməkdaşları ilə yanaşı öz rifahlarını xalqın rifahından üstün tutan şərəfli peşəsinə xələl gətirən, səriştəsiz, rüşvətxor polis əməkdaşlarına da rast gəlmək mümkündür. Bunu da dövrümüz cəmiyyəti üçün çox böyük problemlərindən sayıldığı üçün əsərin sonu əziz oxucular üçün zənnimcə çox maraqlı olacaqdır. Bundan əlavə əsərin XX əsrdə gözəl Bakımızla tanış olmaq üçün bir nömrəli vasitə olduğu desəm yanılmaram deyə düşünürəm. Həmçinin burada ermənilərin Bakının ən gözəl yerlərində özlərinə məskən qurub, öz bazarlarının öz qəbristanlarını yaratmasına baxmayaraq öz çirkin xislətlərindən əl çəkmərək cinayətlər törətdiyini də qeyd etmədən keçə bilməyəcəm. Ümumiyyətlə çox maraqlı əsər olduğunu detektiv sevərlərin isə mütləq nəzər yetirmələrini şiddətlə tövsiyyə edirəm.