Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Sən elə bir vaxtda rast gəldin mənə,
Ömrün payız vaxtı, xəzəl çağıydı... Sən elə bir vaxtda rast gəldin mənə, Sənin gəncliyinin gözəl çağıydı... Nə deyə bildim ki, tutmaz sevdamız, Nə deyə bildim ki, tutar bizimki... Sən elə bir vaxtda rast gəldin mənə, Ömrün eşq badəsi içilmiş idi... Nə deyə bildim ki, pəhansızam mən, Nə deyə bildim ki, pənah məndədir... Nə deyə bildim ki, günahsızam mən, Nə deyə bildim ki, günah məndədir... Sən elə bir vaxtda rast gəldin mənə, Özüm öz halıma gülmək istədim... Sən elə bir vaxtda rast gəldin mənə, Təzədən dünyaya gəlmək istədim...
Cabir Novruz
Cabir Novruz
🥀
·
10 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.