Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

464 syf.
5/10 puan verdi
·
10 günde okudu
Hiçbir şey gerçeyin ötesine geçemez. Bioqrafiya sayıla biləcək bir əsər. Yazar həm də əsərin qəhrəmanıdır. Kitabın ön sözündə “öz həyatımın sərsəm bir bioqrafiyası“ olduğu və kitabdakı hadisələrin həqiqətən də yaşanmış olduğu bildirilir. Fərqli bir tərzdə yazılmış əsər idi. Əsərin əsas obrazı olan psixoloq monoton davam edən həyatına rəng qatmaq qərarına gəlir və davam edən həyatındakı qərarlarını zərlərə görə verməyə başlayır. Normal psixoloqlardan fərqli olaraq, xəstələrindən asılı vəziyyətə düşür. Zərlərə olan bağlılıq isə onun bütün həyatını ələ alır, hər şeyi alt-üst edir. Hər yeni boşluqda zərlərin təsiri daha da artır və sonunda bütün dəyərlərini, ailəsini, dostlarını da itirməyə başlayır. Həyatın bəzi gerçəkləri ilə bizi üzləşdirməyə çalışsa da, nəticə olaraq əsəri çox da bəyənmədim. Çünki cinsəllik, bəzi qeyri-əxlaqi mövzular çox qabardılıb.
Zar Adam
Zar AdamLuke Rhinehart · Pegasus · 20086,7bin okunma
·
195 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.