Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

442 syf.
·
Puan vermedi
·
7 günde okudu
Azərbaycan Tarixi ilə maraqlan oxucular mütləq göz gəzdirməli olduğu əsərlərdən biridir. Tarixi romanda XIV əsrin sonu XV əvvəllərində baş vermiş hadisələr haqda söhbət açılır. Əsərdə Azərbaycan tarixində xüsusi rolu olan böyük dövlət xadimi, gözəl şair, bacarıqlı sərkərdə Şah İsmayıl Xətainin uşaqlığı və gəncliyi haqda məlumat toplamaq üçün gözəl vasitələrindən biridir. Əsərdə Şah İsmayılın uşaq yaşlarında yaşadığı keşməkeşli həyatından başlayaraq Təbriz -Səfəvi taxtına əyləşdiyi ana qədər ki hadisələr müfəssəl şəkildə qeyd olunub. Bu əsərdə həm də Azərbaycan tarixinin böyük hökmdarlarından Həsən Padşah Bayanduri ilə yanaşı şərqin ilk diplomat xanımı Sara Xatun, Şeyx Heydər, Əbih Sultan kimi tarixi şəxsiyyətlərindən də yadda qalan obrazları yaradılıb. Bütün tarix sevən oxucuların nəzər yetirməli olduğu əsərlərdən biridir. Xudafərin Körpüsünə qovuşduğumız bu zamanlarda inşallah bu əsəri ekran işi olaraq görmək də nəsib olar
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Kitab Klubu Nəşriyyatı · 2019155 okunma
·
80 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.