Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

88 syf.
9/10 puan verdi
·
25 saatte okudu
"En iyi hükümet en az hükmedendir." Thoreau, Sivil İtaatsizliğ'ə bu cümlə ilə başlayır və şəxslərin həyatına müdaxilə etməyən bir hökümət idealı ilə danışır. Dövlət yalnızca məqsədə çatmağın bir vasitəsidir. Dövlət insanlar iradələrini yerinə yetirməsi üçün, onu seçdikləri üçün və hökümət fərdin azadlığını təmin etmək üçün var olmalıdır. Dövlətdə fərdin vicdanı hökm etməli və sivil hökümət özünü çoxluğun iradəsinə uyğun olaraq verilən qərarlara görə tənzimləməlidir. Yazar insanların dövlətə xidmət etmək şəklindəki mühakimə, əxlaq hissi və vicdan əskikliyindən şikayətlənir. Ona görə insan özünü heçə sayaraq, sorğusuz-sualsız dövlətin səlahiyyətinə boyun əyməməlidir. Thoreau, mübahisə etmək və ya başqalarından üstün hiss etmək iddiasının olmadığını bildirir. Ölkənin qanunlarına riayət etmək istəyir, ancaq mövcud qanunlar daha dərin bir baxış bucağından çox da ideal deyil. Hökümət formaları dəyişdikcə, yeniləndincə cəmiyyətin iradəsinin daha çox ifadə edilməsinə doğru bir inkişaf olmasını irəli sürür. Demokratiyanın bu prosesin son mərhələsi olmayacağını iddia edir və sona doğru fikirlərinin vurğusu birmənalı olaraq fərdə sayğı üzərinədir. Dövlət fərdin üstünlüyünü qəbul etməyənə qədər əsla "həqiqətən azad və aydınlanmış bir dövlət" olmayacaqdır deyir.
Sivil İtaatsizlik
Sivil İtaatsizlikHenry David Thoreau · Say Yayınları · 20162,143 okunma
·
157 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.