"Öz kimliyini yaxşılığa doğru dəyişdirməyə çalışmaq "narsizmdən" qaynaqlanır, daha doğrusunu desək bu, özünü böyüdərək, başqalarından üstün olmaq istəyidir."
📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Bizim bütün davranışlarımızın iki qaynağı vardır: daha böyük olmaq diləyi və cinsi istək.
Masturbasiya (onanizm) insanın qapıldığı ilk düşkünlükdür. Bütün qalan düşkünlüklər - içkidən, tütündən, narkotikdən olan asılılıqlar onun əvəzediciləridir.
Homoseksuallıq, sözsüz, insanın üstünlüyü sayıla bilməz, ancaq onda heç bir insani əskiklik də yoxdur, bu, nə yaramazlıq, nə də alçaqlıq deyildir; onu xəstəlik də saymaq olmaz; biz tibbi baxımdan onu, seksual inkişafın dayanması ilə bağlı yaranan bir seksual özəllik növü sayırıq. Keçmişlərdə və elə indi də, çoxlu sayda sayğılı insanlar homoseksual olmuşlar, onların arasında çoxlu böyük və adlı-sanlı insanlar da olmuşdur. Homoseksuallığı cinayət sayaraq, buna görə onun daşıyıcıları olan adamları izləyib sıxışdırmaq böyük ədalətsizlikdir, habelə amansızlıqdır
Sevgi adlanan olayların çoxu, seksual yaxınlıq çağırışı eləyən obyektin psixi təsiri altına düşməkdən başqa bir şey deyildir, bu ilişkilərin sonucu olaraq "sevən" kimsə özünün cinsi tələbatını ödəyir və duyğuları soyuyur; bu, aşağı səviyyəli, yalnız duyğulara bağlanan sevgidir. Ancaq bəlli olduğu kimi, ödənən cinsi istəklər sonacan sönüb getmir. Ona görə də, "sevən" kimsə, cinsi yaxınlıqdan sonra sönmüş ehtiyacının yenidən oyanacağını bildiyinə görə də, seksual obyektin dustaqlığında qalmaqda davam edir və ehtirasları soyuyandan sonra da, gələcəkdə yararlana bilməsi üçün gərəkən, bu seksual obyekti "sevir".