Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Zamin Gizir

Zamin Gizir
@gsevdali
Sözün Yaradanla yaradılmış arasında bir bağ olduğuna inanırım!!!! Söz nemətlərdən en kutsalıdır!!!!
Zamin Gizir tekrar paylaştı.
"Tərəfsiz yaradılmış bədii nümunə dövrünün ən dəqiq tarixi məlumat qaynağıdır"
Sayfa 1 - kitap
Reklam
Zamin Gizir tekrar paylaştı.
GEDƏ BİLİRSƏNSƏ, GET - “... mən gedim...” ...Gedirsən, get, ancaq elə, get ki, arxanca izin qalmasın,
Sayfa 24 - "Məhdud həyatın məchul düşüncələri" kitap
Zamin Gizir tekrar paylaştı.
Ustac deyər, sözdü dedim, uca tut!!! İnanmırsan, lap inanma, xoca tut!!! Keçən keçib, sabahı da heçə tut!!! Yox bilinməz, sənin günün bu gündü...
Sayfa 56 - "Sevin ki, sevilesiz" kitap

Okur Takip Önerileri

Tümünü Gör
Zamin Gizir tekrar paylaştı.
TUNCAYA Tanrı tutub, ağ torpaqdan mayanı, Gündoğandan Günbatana sənindi! Nişan verib, yeddi günlük Ayını Əksi düşən tüm torpaqlar sənindi Xəzəri ortaya düz qoyub nişan,
Sayfa 24 - kitap
Zamin Gizir tekrar paylaştı.
Gör İçimi içindən yeyən arzular Qorx, bir gün yığışıb canımı üzə, Neyləyim, bu könül səni arzular Bax, nələr gözümdə çıxıbdı üzə... Demirəm, özünü gəl unut tamam, Bunu istəmirəm, mümkünsüz, tamam, Səndən istəmirəm, bir baxış tamam, Gözucu bir nəzər ayıbmı üzə??? Gör, işin harası dil açıb Ustac, Xəfif təbəssümə qalıbdı möhtac, Əlacı onadı eləyib merac, Günəşin səmt tutub, yön alıb üzə... 24.05.2015. Bakı.
Sayfa 1 - kitap
Reklam
Zamin Gizir tekrar paylaştı.
AĞ ÇİÇƏYİM Qış tüğyan edirdi ömür bağında, Hamı süst yatırdı ağ yorğanında, Qəfil gördüm səni bar budağında, Xoş gördük, GÜN AYDIN, ay Ağ çiçəyim! Dümağsan, qar sənin yanında qara, Tanrım rüsxət verib, baxmayıb qara, Bu, qarlı qış hara, tər çiçək hara, Xoş gördük, GÜN AYDIN, ay Ağ çiçəyim! Əllərim pak deyil oxşayım səni, Həddim o hədd deyil qoxlayım səni, Bağbanam borcumdur yoxlayım səni, Xoş gördük, GÜN AYDIN, ay Ağ çiçəyim!!!
http://azpress.az/index.php?lang=az&sectionid=news&id=40995
Zamin Gizir tekrar paylaştı.
GÖRÜM Üzünü üzümə uzaq tutmusan, Görüm, üzün üzə üz ilə gülsün.... Gözünü gözümə duzaq qurmusan, Görüm, gözün gözə naz ilə gülsün.... Yaradan yadını yad tutub mənə, Yadım heç, yadını yad tutub mənə, Doğmam, doğmalığın yad tutub mənə, Görüm, gül cəmalın nur ilə gülsün.... Zaur zəvvarlıqdan qalıb kənarda, Həcərül Əsvədim, Zəm-zəm iraqda, İhramım bükülü qalıb qıraqda, Görüm, arzuların üzünə gülsün.... 17-24.05.2015. Bakı.
Sayfa 4 - kitap
Zamin Gizir tekrar paylaştı.
Mən aşiq bu gecəyə, Gecə bənzər gecəyə, İstərəm tez yetişəm Bənzərsiz o gecəyə...
https://plus.google.com/112633579470080138379/posts/XabyifQ3Lty
Zamin Gizir tekrar paylaştı.
DOSTUM Dostum, haqq yoluna qayıt indidən, Sonra əməlindən olma peşiman. Gördüyün işlərə, dediyin sözə Bir gün, sorğu-sual olacaq inan! Yaşama, dünyanı hədər yerə, sən! Sabahkı gün üçün yaşa bugündən, Nəfsin güdazına vermə ömrünü, Sabahkı yaşayış doğur bu, gündən! Xülyalar yolunda olma canfəşan, Arzu, istəyini inam üstə qur! Bugün elə yaşa, elə iş gör ki, Peşiman olma, çalınanda “sur”! 06.10.1996. Bakı.
Sayfa 28 - Kitap
Zamin Gizir tekrar paylaştı.
ŞEHÇİÇƏYİM Tacısan dünyamda tüm çiçəklərin, Köksündən bal süzən, tər Şehçiçəyim... Sehrinə düşmüşəm, nur ləçəklərin, Əqli başdan alan, zər Şehçiçəyim... Cəzbində qalmışam, tamam çar-naçar, Sağımda, solumda çox çiçək açar, Pərvanəyə dönüb, dövrəmdə uçar, Sərrafam, seçmişəm, dürr Şehçiçəyim... Bir kərə, bir anlıq olsa da, vüsal Ruhuma rahatlıq verməyir xəyal, Sonu ölümsə də, gəl qoynuna al, Həsrətdə yaşamaq, zor Şehçiçəyim...
Sayfa 4 - http://azpress.az/index.php?lang=az&sectionid=news&id=41161
Reklam
Zamin Gizir tekrar paylaştı.
Sən məni sevmirsən, mən ki, sevirəm, Sən həsrət çəkmirsən, mən ki, çəkirəm, Sənin həsrətini nəzmə çəkirəm, Ürəyimi boşaldıram qələmnən, İstəməzdim, şair olum hələ mən...
Sayfa 3 - "Sevin ki, sevilesiz" kitap
Zamin Gizir tekrar paylaştı.
ÇIX Biçarə aşiqdə qalmayıbdı can, Dilə çix, fayda yox ürək sözündə.... Bərzəxdə yaşamaq zordan zor inan, Felə çıx, işartı görüm üzündə.... * * * Nədən gen qaçırsan, bilməm ki, məndən, Görsət gül üzünü, Gün şıxsın çəndən, Qəlbinin səsini duyuram bəmdən, Zilə şıx, arzular gülsün gözündə.... * * * Ustacı qoymusan çölün düzündə, Sarı güllər bitib, çoxdan izində, Haçansa talemiz gülər bizim də, Fala çıx, hikmət var elin sözündə....
http://azpress.az/index.php?lang=az&sectionid=news&id=41180
Zamin Gizir tekrar paylaştı.
Gülsün Bir baxıb, baxmamaq olurmu, Gülüm? Dil qəlbin oxusun, göz gözə gülsün... Qaynayıb, axmamaq olurmu, Gülüm? Sözlər gül qoxusun, göz gözə gülsün... Al rəngli tər qönçə bəzək gül üzə, Ruhun mehman ola, gəzək gül üzə, Süz dolsun qədəhlər içək, gül üzə, Üz üzə toxunsun, göz gözə gülsün... Ustacam, söyləməm, heç zaman yarın, Çoxdan cəzbindəyəm, sənin tək yarın, Əgər, inanmırsız bu qəlbi yarın, Arzular qovuşsun, göz gözə gülsün... 22.05.2015. Bakı.
Sayfa 3 - kitap
404 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.