Başımız əziyyət çəkərək daha çox pul qazanıb ətrafdakıların gözünə soxmağa, daha yaxşı geyim, daha müasir maşın, daha dəbdəbəli ev,daha mükəmməl smart cihazlar əldə eləməyə elə qarışıb ki, özümüzü tamamilə unutmuşuq.
Bir
şeyi bilməlisən ki, romanlar və filmlər aləmindən real dünyaya bir körpü
uzanıb. Real dünyadan romanlar və filmlər dünyasına gediş var. Amma
onlardan bu tərəfə gəliş yoxdu. Odur ki, ordan bu tərəfə nəsə gətirməyə
çalışma, Ben. Həyatı olduğu kimi yaşa. Mühitə uyğunlaş. Yoxsa tezliklə
məhv olacaqsan.
Əgər kiminsə kiçik bir ağrısı varsa onu hiss
eləməməyin, ya da unutmağın ən yaxşı yolu daha böyük bir ağrıdı. Daha
böyük yaraların yanında kiçik yaralar gözə dəymir. Mənim yaram isə daha
dərində – ürəyimdə idi. Odur ki, soyuq hiss edəcəyim ən son ağrı idi.