gulay

Dəli Kür
10/10
·400 syf.··
Beğendi
·
2024 27. kitabı
·
14 günde okudu
·
Okunma: 16 Mayıs 2024 17:42
Əvvəlcə deməliyəm ki, kitabdakı hadisələrin bu qədər gözəl təsvir olunması məni heyran etdi. Tam da Azərbaycan yazıçısına, İsmayıl Şıxlıya xas bir xüsusiyyətdir. Kitabı oxuyanda özünüzü Göytəpədə hiss edə bilərsiniz. Sanki o an Kürün sahilində bu kitabı oxuyurmuşsunuz kimi bir hissiyat verir insana. Kürün qıjıltısı, quşların səsi, Göytəpənin yaşıllığı və s. hamısını hələ də gözümün önündə canlandıra bilirəm. Düzünə qalsa, kitabın ilk 100 səhifəsində Cahandar ağaya qarşı mənfi rəylər bəsləyirdim. Onun etdiyi bir səhv, obrazı sanki mənfi və müsbət arasında saxlayır. Kitabı qurtardıqdan sonra hələ də başa düşmək olmur ki, Cahandar ağa müsbət obraz idi, yoxsa mənfi. Onun təhsil haqqında fikirləri çox xoşuma gəldi. Desələr ki, kitabda ən sevdiyin obrazlar hansılar idi, sözsüz ki, Əşrəf, Əhməd və Kipiani olar. Onların əqidəsi, əzmkarlıqları mənə həzz verirdi. Və kitabda aşılanan azadlıq, bərabərliyin tələbi düşüncələri, kitabda ən sevdiyim mövzular oldu. Ümumilikdə kitabı çox bəyəndim. Hər birinizə tövsiyə edirəm. Xoş oxumalar.
Seçilmiş Eserleri 2. Ciltİsmayıl Şıxlı · Şərq-Qərb Nəşriyyatı · 20051,113 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Elxan Elatlıdan gözləniləcək bir həyəcanverici və maraqlı əsər
5/10
·288 syf.··
2024 24. kitabı
·
25 günde okudu
·
Okunma: 20 Nisan 2024 16:23
Kitab içindəki hadisələri, həyəcanverici, naməlum axtarışları ilə axıcı və maraqlıdır. Cəhənnəmdən Gələn Səs kitabındakı obrazları yenidən görmək məni sevindirdi. Ən çox da Ələmdarı. Kitabın sonunda Ələmdarın eqosuna məğlub olmağı da məni sevindirdi. Kitabdan belə bir nəticə çıxartmaq olar ki, ilk baxışdan özünüzdən aşağı gördüyünüz insanlar, yeri gələndə sizdən qat-qat ağıllı və güclü ola bilirlər. Bu kitabda gördüyüm + xüsusiyyətlər. İndi gələk - xüsusiyyətlərə... Kitabda nə qədər də Cəhənnəmdən Gələn Səs obrazları yer alsa da, düşünürəm ki, bu kitab onun qədər uğurlu ola bilmədi. Ən azından mənim üçün. Ola bilsin ki, bu dəfə mövzu daha şəxsi məsələ üzərində qurulduğuna görə o kitab qədər sevə bilmədim. Məncə burda dövlətə çox sadiq olan bir polkovnikin və çox güvəndiyi mayor Leopardın şəxsi məsələ üçün dövlətin adamlarından istifadə etməsi düzgün bir yanaşma deyil. Gələk ümumi olaraq Elxan Elatlıya . Oxuduğum qədəri ilə deyə bilərəm ki, kitablarınız çox maraqlıdır. Lakin bir xüsusiyyət var ki, kitabınızda 18+ hadisələrə nisbətən çox yer verməyiniz o qədər də cəlbedici deyil. Artıq iki kitabınızı oxuyan şəxs biləcək ki, sizin bir az dolu, qıvırcıq saçlı və s. Qızlardan xoşunuz gəlir. Kitabın mövzusu dedektifdir. Buna görə də bir çox yaşı uyğun olmayan uşaq dedektif əsərlərdən xoşu gəldiyinə görə sizin əsərinizi oxuyanda bu cür nalayiq hadisələrlə tanış olmuş olacaq. Məncə bunu kitablarınızda daha üstüörtülü şəkildə təsvir edə bilərsiniz. Yenə də bütün əziyyətinizə görə sağ olun.
Arxalı CanavarElhan Elatlı · Teas Press Nəşriyyatı · 0873 okunma
Sevgi fonunda azadlıq müharibəsi
8/10
·240 syf.··
Beğendi
·
2024 23. kitabı
·
21 günde okudu
·
Okunma: 18 Nisan 2024 16:58
Kitabı oxuyanda elə bildim ki, kitabı heç sevmirəm, sevməyərək oxuyuram. Ola bilsin ki, ilk dəfə tarixi-siyasi kitab oxuduğuma görə belə bir təəssürat yarandı məndə. Ancaq davam etdikcə kitabın nə qədər gözəl yazıldığını başa düşdüm. Böyük ehtimal bu kitabın səhifələrini çevirmək mənə bir də qismət olacaq. Çünki hələ tam dərk edə bilmədiyim məqamlar var. Kitab ,düzünə qalsa, bir az dərindir. Dili çətin olmasa da siyasi söhbətlər çoxdur. Bir çox oxuyucu kimi mən də oxuyana qədər elə bilirdim ki, kitab ən çox Əli və Ninonun sevgisindən danışacaq. Ümidlərim boşa çıxdı deyə bilərəm.Amma mənə görə Əli və Nino burada dövlətləri təmsil edir. SPOİLER VAR Sonda Əlinin ölməsi ilə birlikdə AXC də dağılır. Və Əlinin ölməsi məndə böyük hüzün yaratdı. İndi gələk kitabda sevmədiyim tərəflərə. Ən sevmədiyim tərəf Əlinin Avropalı bir qızla evləndiyini bəzən unutmasıdı. Düzdür, bir vaxtdan sonra Ninonun etdiyi heç bir avropalı hərəkətə qarşı çıxmır. Amma əvvəlcədən ona atasının anasına etdiyi kimi qul kimi, özünün tarlası kimi baxması məni həqiqətən çox əsəbiləşdirdi. Seyid Mustafanı bilmirəm sevdim yoxsa,yox. O hələ də düşüncəmdə sual altındadır. Dost olaraq çox sadiq və yardımsevər dostdur. Lakin ümumi baxış bucağı altından baxanda heç sevməyim gəlmir. Çox qatı şiə müsəlmanı olduğuna görə. Nəysə, məncə bu qədər bəsdir. Ümid edirəm tariximizi əks ettirən bu gözəl əsəri Azərbaycanlı yoldaşlarım sevərək oxuyar, ya da mənim kimi sonda sevməyi bacarar. Oxuduğunuz üçün təşəkkürlər
Əli və NinoKurban Said · Bakı, Altun Kitab Nəşriyyatı · 20103,285 okunma
Kitabı sona qədər bitirə bilmədim
Kitab ümumi olaraq fərqli bir mövzuda idi. Amma düşünrəm ki, o qədər də yaxşı deyil. Mənə bayağı gəldi. Kitab səhv etmirəmsə, 312 səhifə idi, amma mən onu 132-ci səhifəyə qədər oxuya bildim. Kitabın 132-ci səhifəyə qədər olan hissəsindən bu nəticəni çıxarda bilərəm ki, kitabın əsas mövzusu aşiq olduğu qızdan aldığı intiqamdır. Kitabı haradasa yarılayanda başa düşdüm ki, bu kitabı oxuyub heç bir nəticə əldə edə bilməyəcəyəm. Çünki bir növ Türk seriallarına bənzər bir ssenaridir. Kitab bir yerdən sonra bayır. Əlbəttə ki, sizin zövqünüzə uyğun ola bilər. Amma mənim oxuduğum ( hələ oxuduğum o qədər də ağır kitab yox ikən belə) kitabların yanında çox bayağılaşdı. Amma bunu deyim ki, kitabda sətiraltı mənalar var. Kitabdakı bir çox alıntıları paylaşmışam. Yazıçının haqqını yeməmək lazımdır. Bəyəndiyim yerlər çoxdur. Amma bu kitabı ümumi olaraq bəyəndirə bilmədi. Əgər kimsə oxuyub sonunda inanılmaz bir nəticə əldə edərsə, onda mənə də xəbər verin. Oxuduğunuz üçün təşəkkürlər!
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017624 okunma
1 həftəmi geri qaytarın
Puan vermedi
Bəli, çox təəsüflər olsun ki, bu kitabı oxumuşam. 14 yaşım olanda sinif yoldaşlarımın " çox super kitabdır" deyib tərifləməsi nəticəsində oxumuşam. Haradasa 1 həftəyə oxuyub qurtardım bu kitabı. Kitabdan bir nəticə əldə edə bilmədim.Kitabın mənə öyrətdiyi bir şey var, o da hər insanın təriflədiyi kitabı oxumamaq lazımdır. Düşünürəm ki, bu kitab deyil. Kitabı kitab edən içindəkilərdir. Halbuki mən bu kitabı 8 manata almaq yerinə 3 manat ( o da kəsilən ağaclara yazığım gəldiyi üçün) verərdim. Ən azından vərəqlərə hayıfdır... Bir çox incələmələrdə eşitdiyim cümləni xatırlatmaq istəyirəm. Deyirlər ki, necə ki kinolara seriallara həvəs üçün baxırıqsa, kitablar da elədir. Bir insan həvəs üçün kitab oxuya bilər. Müəyyən mənada razıyam. Ola bilsin ki, insan vaxtının dəyərini bilmir, buna görə də vaxtını mənasız yerə xərcləmək üçün sadəcə insan psixologiyasına mənfi təsir göstərən Türk seriallarına baxır, eynilə onlara bənzəyən kitabları da oxuyur. Amma bir az məntiqlə fikirləşən insanlar olduqda: düşünmə orqanı ilə oturma orqanını qarışdırmayan insanlardan söhbət gedir əlbəttə ki- bu cür insanlar vaxtlarının dəyərini bildiyi üçün belə kitabları oxumağa təşəbbüs belə göstərmirlər. Sözümün canı bundadır ki, onsuz da hər şeyin istifadə məqsədindən kənarlaşdığı vaxtda qoyun kitablar öz saflığını saxlaya bilsin. Yaşıdlarıma və məndən kiçik olan uşaqlara da tövsiyə edirəm ki, bu cür psixoloji və sosial həyatınızı pozan kitabları oxumayın. Əgər oxumaqda israr edirsinizsə, oxuduqdan sonra özünüzə sual verin ki, bu kitabdan nə nəticə əldə ettim. Kitabda altından çəkiləcək bir neçə cümlə ola bilər. Amma bu "bu kitabı oxunmalı kitabdır" nəticəsini bizə vermir. Kitabda sizə həyati bir dərs verəcək, ya da düşüncələrinizi "yaxşıya doğru" dəyişəcək bir şey yoxdur. Bura qədər oxudunuzsa
1K
Karantina: Mahşerin Dört Atlısının HikayesiBeyza Alkoç · İndigo Kitap · 201724,1bin okunma