Gülər

Gülər
@gulerncf
Ya da bi kitap oku mutlaka, iyi geliyor...
Həyatımız kimi onlarla rəngin yüzlərlə çaları... Bir-birini əvəz edən bu rənglər ağdan qaraya doğru dəyişir, bəzən haradasa ortada kəsişir, boz rəngə çalırdı. Ağ-qara zolaqların məsamələrində isə yaşıl, qırmızı, sarı rəngli milyonlarla dənəcik var idi. Gözlə görünməyəcək qədər xırda, görüb gözünü çəkə bilməyəcək qədər parlaq idi bu dənəciklər... Xoşbəxtlik də bu dənəciklər kimi idi. Monoton keçən ağ-qara həyatımıza rəng qatan bir an, bir saniyə idi. Sonra uzun müddət o parlayan rənglərin xatirəsi ürəklərimizi isidirdi...
Sayfa 13·Kitabı okudu
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Bu aralar gözü məqsədindən savayı heç nə görmürdü.
Sayfa 11·Kitabı okudu
Amma bəzən varlığını yoxluğundan daha çox hiss etmək istəyirdim...
Sayfa 10·Kitabı okudu
Hər buraxdığım nəfəslə daha çox tərləyən şüşədə barmağımla ürək çəkdim - uşaq vaxtı sevimli adətlərimdən biri idi.İndi də nostalji hisslərə qapılıb içimdəki uşağı oyatdım.Yüngülvari gülümsədim.
Sayfa 9·Kitabı okudu
Həyatdan, olanlardan, olacaqlardan — hər şeydən... Sakit təbiəti altında yatan arzularını, istəklərini gördükcə ona olan sevgim günbəgün artırdı. Ondan mənə doğru əsən güvən hissi hər gün daha da böyüyürdü. Ondan əvvəl tanıyıb illərlə özümə yaxın buraxdığım dostlarımın yanından sürətlə keçərək ürəyimdə yerləşən “dost” zirvəsinə əmin addımlarla yaxınlaşmışdı. Sanki ürəyimin qapısını açıb içəri boylana bilirdi. Məni yarı sözdən anlayırdı. Düşündüyümü məndən qabaq düşünür, demək istədiyimi məndən qabaq deyirdi. Hətta bəzən eyni şeyləri hiss etdiyimizi düşünürdüm. Sanki bir-birimizi görməsək, danışmasaq belə, ayrı-ayrı yerlərdə eyni duyğuları yaşayırdıq. Üz-üzə gəldiyimiz zaman bəzən, sadəcə, bircə baxışla belə bir-birimizi anlaya bilirdik... Sirdaşıma, yoldaşıma, qısası, can dostuma çevrilmişdi.
Sayfa 6·Kitabı okudu