Gülər

Gülər
@gulerncf
Ya da bi kitap oku mutlaka, iyi geliyor...
8 Haziran 2006
125 okur puanı
Ağustos 2024 tarihinde katıldı
Puan vermedi·112 syf.··
2025 14. kitabı
·
4 günde okudu
·
Okunma: 23 Kasım 2025 20:25
Kitabı oxudum və ümumi fikirlərim belədir: Həyatdan əlini üzmüş bir adamın, anası öldükdən sonra həyata necə duyğusuz yanaşdığı müəllif tərəfindən çox gözəl qələmə alınıb. Kitabda ən sevmədiyim hissələr isə qaya, günəş və göy üzü kimi uzun təsvirlər idi.Məni çox yorurdu. Marie ilə olan münasibəti isə heç xoşuma gəlmədi. Marieni bu cür təsvir etməsi və ona sadəcə əyləncə kimi yanaşması mənə doğru gəlmədi. Halbuki Marie onunla evlənmək istəyirdi. Salamanonun itini döyməsi məni çox pis etmişdi. Amma it itib gedəndə otağında ağlaması göstərdi ki, insan bəzi şeylərin dəyərini onları itirdikdən sonra anlayır. Duyğusuzluğu, anasının ölümünə ağlamaması və öz həyatına davam etməsi pis təsir etdi... Dostu Raymondun ucbatından da başına bütün bunlar gəldi. Son cümlələrdə isə anasının həyatının sonunda yenidən xoşbəxtlik tapması və belə olan halda heç kimin onun arxasından ağlamağa haqqı olmadığını deməsi niyə belə davrandığını açıqlayır. Həqiqətən pis oldum ona. Kaş ki, edam olunmasaydı. Sonu bir az yarımçıq kimi qaldı. Kitabda deyildiyi kimi: “İnsan, bilmədiyi şeylər üzərində həmişə olmadıq düşüncələrə varır.”
YabancıAlbert Camus · Can Yayınları · 2025136,9bin okunma
Edebiyatın En Tatlı Eşleşmeleri!
Peki ya sizin favori kitabınız hangi tatlı olurdu?
Puan vermedi·240 syf.··
2025 9. kitabı
·
10 günde okudu
·
Okunma: 18 Eylül 2025 00:00
Kitab çox axıcı idi.Bazarovun xəstəliyə yoluxub ölməsi kədərləndirdi.Məşhur bir həkim olub və Odintsova ilə evlənib xoşbəxt həyatının olacağını gözləyirdim.Tamamilə başqa cür oldu.Bazorovun ata və anasının çarəsiz halı çox təsirləndirdi. Bazorovun, ancaq iş ilə məşğul olması, insanlardan və ailəsindən uzaq olması... Xüsusilə, ana və atasına qarşı rəftarı heç xoş deyildi.Əslində insan gələcəyin nə gətirəcəyini bilmir..Sevdiyin insanlarla zaman keçirmək lazımdır.Arkadi olduqca mehriban insan idi.Katya ilə yeni həyata başlaması çox gözəl idi. Atası çox alicənab insan idi. Əvvəlki yoldaşına olan sevgisi, necə gözəl sevgilərin olduğunu göstərir.Feniçka obrazını da sevdim.Pavel Petroviçin tam olaraq necə insan olduğunu bilmədim.Amma iki qardaşın bir - birinə olan doğmalığı, sevgisi əsərdə gözəl təsvir olunmuşdu. Əsər ailə bağlarını, sevgi və insan münasibətlərini təsirli şəkildə göstərir. Xüsusən Bazarovun taleyi, ailəsinin halı və Arkadi ilə Katyanın yeni həyatı oxucuya dərin hisslər yaşadır.
Atalar və OğullarIvan Turgenyev · Qanun Nəşriyyatı · 202455,7bin okunma
Stefan Zweig - Korku
Puan vermedi·93 syf.··
2025 8. kitabı
·
25 saatte okudu
·
Okunma: 06 Eylül 2025 00:00
Bu əsərdə İrene adlı xanımın yoldaşını aldatması və bunun nəticəsində yaşadığı qorxu hissi təsvir olunur. O, pianoçunu sevmirdi və 8 illik evliliklərinə baxmayaraq, əslində yoldaşını yaxından tanımırdı. İrene hər şeyə sahib idi: ailəsi, uşaqları, xoşbəxt həyatı… Amma buna baxmayaraq etdiyi seçimlə böyük bir səhv etmişdi. Bu səhv onun həyatını kökündən dəyişdirəcək qorxunu doğurdu. İrene qurduğu həyatı itirmək istəmirdi, amma eyni zamanda nə istədiyini də bilən biri deyildi. Ümumilikdə, yazıçının qələmindən oxuduğum dördüncü kitab idi və maraqlı təsir bağışladı.
KorkuStefan Zweig · Varlık Yayınları · 1960124,7bin okunma
Andrey Platonov – Qayıdış
Puan vermedi·80 syf.··
2025 7. kitabı
·
4 saatte okudu
·
Okunma: 29 Ağustos 2025 23:19
Müharibə yalnız cəbhədə döyüşənlərin deyil, evdə gözləyənlərin də həyatını dəyişir. Əsərdə 4 il ailəsindən uzaq qalan İvanovun yoxluğunda, onun ailəsinin çəkdiyi əzablar, xüsusən də uşaqlarının üzləşdiyi çətinliklər təsvir olunur. Ən çox təsirləndiyim məqam: Müharibənin və valideynlərin qərarlarının ən çox uşaqlara təsir etməsi.
Andrey Platonov
Andrey Platonov
QayıdışAndrey Platonov · Qanun nəşriyyat · 2021500 okunma
Puan vermedi·127 syf.··
2025 4. kitabı
·
20 saatte okudu
·
Okunma: 17 Mayıs 2025 11:49
Reyhan Yusifqızının yazdığı Yaşıl Gözlü Qız kitabını oxudum. Axıcı və maraqlı bir əsər idi. Kitabda kosmik qəza nəticəsində Yerə düşən 12 yaşlı yadplanetli qız – Leminin sərgüzəştlərindən bəhs olunur. O, Yer üzündə dostlar qazanır və uşaqlarla birlikdə kainatın sirlərini öyrənməyə, həm də öz planetinə qayıtmağa çalışır. Əsər həm maraqlı hadisələrlə zəngindir, həm də oxucuya faydalı məlumatlar verir.
Yaşıl Gözlü QızReyhan Yusifqizi · Altun Kitab · 2010170 okunma