Aysun Quliyeva

Aysun Quliyeva
@gulievaisun
Azərbaycan
2 okur puanı
Temmuz 2024 tarihinde katıldı
“Kür tərəfdən əsən sərin hava onun üzünə vurdu. Qaşına, kirpiklərinə çisək qondu. Cahandar ağa istidən çıxmış adamlar kimi bu sərinlikdən, üzünü yalayan narın yağışdan ləzzət aldı. Alatoran yaxşı seçilməsə də, kişi suların necə burulduğunu, ləpələrin sahil torpaqlarını necə yaladığını uğultudan təyin etdi. O başa düşdü ki, su daşıb. Neçə gündən bərk yağan yağış Kürü yenə yerindən oynadıb.” İsmayıl Şıxlı “Dəli Kür”
Reklam
Axsın bulaqlar göz yaşı kimi torpağın üzərində. Göz yaşı bulaq kimi axmasın dünyanın heç bir yerində. -Rəsul Rza “Məndə ixtiyar olsa”
Gah göyə yüksəlir, gah enir insan #BəxtiyarVahabzadə
Hacı Qaraxan ağa dörd-beş yaşlı nəvəsini tərkinə alaraq,Yelqanadın belində gəzməyə çıxıb. Çuxurbənd meşəsində gəzərkən balaca Həmid babasına sual verir: - Baba, Cəmilin də babası sənsən, hə? - Mənəm. Nədi ki? - Mən də ona deyirəm ki, sənin baban Qaraxan babadır, ancaq o elə bilir ki, babası Karapetdir. Karapet kimdir, baba?Babası bir az susandan sonra acıqlı halda dillənir: - Heç kim! - Heç kim? - uşaq gülür. - Bəli, mənim balam, sənin Qaraxan babanla müqayisədə o,sadəcə, heç kimdir. İndi sən de görüm, Karapet kim oldu? - Heç kim!..- uşaq yenə gülür...