Əgər bu sevgi mənim azadlığımı, insanlıq ləyaqətimi təhdid edirsə mən ondan imtina edirəm. Deyə bilərlər ki, sevgisiz insanlıq ləyaqəti sənin nəyinə lazımdır? Mən də cavab verərəm ki, insanlıq ləyaqəti mərdlik, cəsarət, fədakarlıq deməkdir. Əgər bunlar məndə yoxdursa, məni sevən adam bir heçdir!
Birdən səma mənə kosmonavtların uçuşunu xatırlatdı. Bu uçuşlarda məni ən çox maraqlandıran "vəznsizlik" məsələsi idi. Yerin cazibə sərhəddindən çıxandan sonra hər şey öz vəznini itirir! Demək, bizim bütün varlığımız maddənin müəyyən şəraitdə, müəyyən qanunlara tabe olmasından ibarətdir. Bu qanunlar sarsıldıqda və ya dəyişildikdə biz də başqa şəkillərə düşürük. İnsanın istəyi, tələb və arzuları da belə deyilmi?
Mənim yüz min canım olsaydı birinidə ondan əsirgəməzdim. Lakin o məndən azadlığımı istəyirdi. Əgər o bunu mənim insanlıq ləyaqətimi məhv etməyəcək, ədalətli bir iş üçün etsəydi, Prometey kimi dara çəkilməyə də, sinəmi qarğa-quzğunların didib parçalamasına da razı olardım. Lakin şərəfsizliyi, yaltaqlığı, kor-koranə tabe olmağı mən nə ona rəva görərdim, nə də özümə!