İster düşün... Kendini ister hayale kaptır...
Uzar uzar, çünkü hiç sonu yoktur yolların.
Bakarsın aldanmışsın, gördüğün bir seraptır
Sevimli bir hayale açılırken kolların.
Başımı kəs! Ancaq mərdliklə kəs. Mən əsrlər boyu xəbis niyyətlərin həyata keçirilməsi üçün sınanmış bir silah olan ikiüzlülüyün, riyakarlığın bir gün insanlara gülünc gələcəyinə inanırdım.
Əgər bu sevgi mənim azadlığımı, insanlıq ləyaqətimi təhdid edirsə mən ondan imtina edirəm. Deyə bilərlər ki, sevgisiz insanlıq ləyaqəti sənin nəyinə lazımdır? Mən də cavab verərəm ki, insanlıq ləyaqəti mərdlik, cəsarət, fədakarlıq deməkdir. Əgər bunlar məndə yoxdursa, məni sevən adam bir heçdir!
Birdən səma mənə kosmonavtların uçuşunu xatırlatdı. Bu uçuşlarda məni ən çox maraqlandıran "vəznsizlik" məsələsi idi. Yerin cazibə sərhəddindən çıxandan sonra hər şey öz vəznini itirir! Demək, bizim bütün varlığımız maddənin müəyyən şəraitdə, müəyyən qanunlara tabe olmasından ibarətdir. Bu qanunlar sarsıldıqda və ya dəyişildikdə biz də başqa şəkillərə düşürük. İnsanın istəyi, tələb və arzuları da belə deyilmi?