Yaşın neçə olur olsun yanında biri yoxdursa sən tək başınasan. Özün öz başını dolandırmalısan. Həyat “hələ ki,oxu, iş məsələsini sonra həll edərik” deyib endirim etmir.
Münasibətlərin talehi çizginin hansı tərəfində qalmaq istədiyinizə qərar verdiyiniz gün müəyyən olunur.. Ya hisslərinizin sadəcə bir xoşlantı olduğunun fərqinə varıb dost qalırsınız (ki,bunu da hər insan bacarmır.çünki sevilmədiyi üçün yetərsiz hiss edən egolar buna icazə vermir) ya da,ortada həqiqətən gerçək nəyinsə olduğuna inanıb həyatınızın riskinə gedirsiniz.
-Ulduzların hərəkətinə inanırsan?
- Arzu tutmağı deyirsən?
- Hə
- Nə bilim..Ümid verici bir inamdır sadəcə..Ümidi kəsilənlərin son çırpınışları kimi..
- Birdən biz bir- birimizdən tamam uzağa düşsək, məni görmək üçün dilək tutmazdın?
Orxan Fərəhdən bir addım arxada dayanmışdı. Qulağına əyilib yavaşca dedi:
- Biz səninlə heç vaxt ayrılmayacağıq. Uzaq məsafələr həmişə ulduzların yanında aciz qalacaq. Həyat səni məndən nə qədər uzağa atsa,hər gecə eyni ulduzların altında səninlə görüşəcəyik.
- Eyni ulduzun altında.. Filmdəki kimi,hə?
- Hə..