Əsər Suzan və Filipp in dialoqları ilə başlayır. Bu dialoqlara baxsaq görərik ki , Suzan öz həyat amalı ilə uzaqlara getmək istəyən, Filipp isə sevgisini yanında istəyən və onun sayısız bəhanələrinə göz yumacaq qədər onu sevən bir obrazdır.Açığı mənə təsir edən sevgi hekayəsi deyildi və oxuduqca əsl sevgi bu deyil dediyim hissələr də oldu. Səbəb Suzanın ancaq öz arzu və xəyallarını düşünməsi, sözdə sevirəm dediyi Filippə isə öz dünyasında yer verməməsi idi. Bir bəhanəsi də var idi ki, mən insanlara kömək edirəm .Düzdür, onun qasırğa olan yerlərdə insanların əlindən tutması, həyatını bu insanlara həsr etməsi böyük fədakarlıq , amma öz həyatını və Filippi düşünməməsi də xoş deyildi. Filippi daim ikilikdə qoyurdu. Həm ona onunla olacağını vəd etmirdi , həm də istəmirdi ki , başqa qadın Filippin qəlbinə girsin. Mənə görə bu eqoistlik idi. Filippə gəlsək , o daim Suzanı gözlədi və onun bəhanələrini ört basdır etdi özlüyündə. Tanış olduğu Mariya ilə gününü keçirsə də , ona sevgi bağı ilə bağlı olduğunu düşünmürəm. Çünki evlilikləri boyu bütün fədakarlıqlari edən , özünü sevgisinə qurban etmiş Mariya , yetərli sevgini ondan görə bilmədi. Ən sevdiyim obraz Mariya oldu deyə bilərəm. Və birdə sevdiyim obraz- Suzanin , sözdə yaxşı gələcəyi olsun deyə, atası bilinməyən qızını Filippə əmanət etdiyi Liza oldu. Lizanı ona görə sevdim ki, o sonda heçnə olmamış kimi qayıdan Suzanı yox , öz ailəsi, ona əsl valideyn olmuş - Mariya və Filippi seçdi .