Hasan

304 syf.
·
Not rated
"Keçilərin nəğmələri" romanı
"Keçilərin nəğmələri" romanının ilk hissəsini böyük maraqla oxudum. Kitab haqda deyilən fikirlərdən biri də budur ki, hekayələr bir birindən əlaqəsizdir və oxumaq yorucudur. Ancaq oxuduqca ilk hekayədən bəri hər birinin müəyyən dövrü əhatə etdiyi anlaşılır. Baş qəhrəmanın uşaqlıq illəri, sonra universitet, daha sonra ailəsi ilə arasında olan münasibəti, ətrafında olan insanların hekayələri və.s. Romanın davamında öz xatirələrini tələm-tələsik yazmaq istəyən yazardan və onun tanışdığı müstəntiqin hekayəsindən bəhs edilir. İkinci hissənin yarısından sonra həqiqətən əsərin tələm-tələsik yazıldığı hiss olunur. Bu da insana səthi bir hiss bağışlayır. Bəzi yerlərdə psixolojik dərinlik daha yaxşı işlənə bilərdi. Süni müstəntiq obrazı isə roman irəllədikcə adamı yorur. Üçüncü hissədə işlədilən texnikanı bildiyim qədəri ilə Bulqakov və ya Orhan Pamuk "Kırmızı saçlı kadın" əsərində istifadə edib. Pamukun da, Rəşad Səfərin də romanında həmin hissələr mənə inandırıcı gəlmədi.
Keçilərin Nəğmələri
Keçilərin NəğmələriRəşad Səfər · Qanun Nəşriyyatı · 20222 okunma
Reklam
288 syf.
·
Not rated
Orhan Pamukun ikinci romanı
Bu il bitirdiyim ilk kitab Orhan Pamukun “ Sessiz ev” əsəri oldu. Yazar əsərdə 1980-ci illərdəki Türkiyədə olan sağ və sol münaqişəsini, siyasi çalxalanmaları, gənclərin həyatını, demək olar ki, hər romanında toxunduğu şərq-qərb söhbətlərini, sevgi, dostluq, ailə mövzularını işləyib. Mənim ən sevdiyim tərəfi romanın bir neçə obrazın dilindən anladılması oldu. Hekayənin keçdiyi səssiz evdə Ensikolopediya hazırlamaq istəyən Selahattin, onun yoldaşı Fatma yaşayır. İllər sonra əsl peşəsi həkimlik olan Selahattin ölür. Fatma, ögey oğlu liliput Recep, nəvələri Nilgün, Metin və Faruk ətrafında bu qoca evin və ailənin dağılması prosesini görürük.
Sessiz Ev
Sessiz EvOrhan Pamuk · Yapı Kredi Yayınları · 20186.9k okunma
78 syf.
·
Not rated
Zəncirlənmiş Prometey
Prometey haqda əfsanələrə baxdıqda ilkin olaraq Hesiodun "Thegonia" əsərində onun haqda fikirləri görürük. Zevs onu zəncirlərlə qayaya bağlayıb. Bir qartal da onun ciyərini hər gün yeyir. Axşamlar isə qartalın yediyi qədər, ciyəri yenidən bərpa olur. Daha sonra Esxil (Aeschylus) Zəncirlənmiş Prometey əsərində bu hadisələri daha geniş təsvir edir. Prometey çox ağıllı, hiyləgər, uzaqgörən biridir. Ancaq belə görünür, o hiyləgərliyini sadəcə işinə gələndə istifadə edir. Prometey odu oğurlayıb insanlara vermək istəyir, Zevs isə həmişə buna qarşı çıxır. Bir gün Prometey odu oğurlayıb insanlara verməyi bacarır. Bundan çox qəzəblənən Zevs ona digər qardaşlarının cəzaları kimi ağır bir cəza verir. Qeyd edim ki, Yunan mifologiyasında məhşur olan Atlas, Prometeyin qardaşıdır. Zevsə qarşı çıxdığı üçün, cəza olaraq göyü ömür boyu belində daşımaqla cəzalandırılıb. Zəncirlənmiş Prometey əsəri, Hefestin Prometeyi zəncirləməsi ilə başlayır. Prometey bütün bu olanları əvvəlcədən bilir. Yəni insanlara od verərkən, Zevsə də necə od qoyacağını anlamışdı. Ancaq uzaqgörənliyi sayəsində müəyyən qədər içi rahatdır. Bir gün Zevsin taxtdan düşəcəyini əmindir. Bunu eşidən Zevs, oğlu Hermesi Prometeyin yanına göndərir ki ağzından söz alsın, lakin bu mümkün olmur. Esxilin Prometey haqda 3 əsəri var. Sadəcə bunlardan bir dənəsi günümzə qədər gəlib çatıb.
Zincire Vurulmuş Prometheus
Zincire Vurulmuş PrometheusAiskhylos · Türkiye İş Bankası Kültür Yayınları · 20197.4k okunma

Reader Follow Recommendations

See All
168 syf.
·
Not rated
Kitabın tənqidi
Bulqakovun yazı üslubu çox yaxşıdır. Əsəri başdan sonuna qədər rahatlıqla, heç sıxılmadan oxumaq olar. Bu əsərdə, həkim hələ gənc yaşda bir xəstəxanaya gəlir. Burada öyrəndiyi teorik məlumatları, praktikada da yoxlayır. Şəxsən tibblə bağlı bir sıra maraqlı istifadəyə yararlı məlumatı öyrəndim. Səhifələr irəlilədikcə yeni personajlarla qarşılaşırıq. Yazar onların həyat hekayələrinə çox az yer ayırdığı halda, romanı elə ustalıqla işləyir ki, insan həqiqətən özünü, hadisənin içərisində hiss edir. Önümüzdəki həftlərdə Master və Marqaritanı oxumağı düşünürəm. Bu kitab mənim üçün həm Bulqakovu tanımaq, həm də XX əsr Rus ədəbiyyatına giriş xarakteri daşıyırdı.
Genç Bir Doktorun Anıları
Genç Bir Doktorun AnılarıMihail Bulgakov · Türkiye İş Bankası Kültür Yayınları · 202325k okunma
512 syf.
9/10 puan verdi
·
Liked
Bence bu konulara hakim olmayan her kes okumalı. Genel olarak yılların tarihçisi değilseniz okuyun. Okuyun amma her söyleneni yutmayın, siz de araştırın. Bazı konularda Harari hakikaten okuyucuyu manipüle etmeye çalışıyor. Sapiensin iyi yanı bir çok yanlış bildiğimiz şeyleri açıklaması, hem de ağır olmayan bir dille. Bunla beraber avcı-toplayıcı, tarım devrimi v.s gibi konularda bir çok önemli bilgi veriyor.
Sapiens: Une brève histoire de l'humanité
Sapiens: Une brève histoire de l'humanitéYuval Noah Harari · Albin Michel · 201536.6k okunma
Reklam
Reklam