Şəhərə düşən və orada yaşamağa məcbur olan bəzi adamlar kənd barəsində solmaz xatirələr yaşadır ,ömürlərinin axırınadək çöllərin , sadə adamların xiffətini çəkirlər.
-Kasıblıq insanı məhv edir .
-Bəli,o , zəifləri məhv edir . Güclüləri heç vaxt!Əgər yoxsulluq sizi məhv etsə,deməli,zəif adamsınız,yolunuz da belə olmalıdır .