Məmmədhəsən Hüseynov

Məmmədhəsən Hüseynov
@hasanhusseinle
Müəllim
Azerbaijan, 27 Haziran 1996
99 okur puanı
Ekim 2022 tarihinde katıldı
Vinsent Van Qoq
10/10
·544 syf.··
2025 2. kitabı
·
14 günde okudu
·
Okunma: 06 Ağustos 2025 13:49
Diqqət: Bu incələmədə spoiler var. Amma ciddi dərəcədə yox. (Qulağını kəsməsi, özünə qəsdi, Teo ilə münasibətləri hər kəsə məlum tarixi hadisələrdir.) İrvinq Stoun'un yazdığı bu kitab ilk öncə insanların sənəti necə ucuzlaşdırdığını ağrılı şəkildə ortaya qoyur. İnsanların əsl sənətə dəyər verməməkləri hər zaman aktuallığını saxlayıb. Van Qoq'un sənətinə həyatda ikən dəyər verilməməsi, onu öldürən əsas səbəb idi. Qardaşı Teo'nun yaratdığı Van Qoq'u insanlar öldürdü. Məhz kitabın və Van Qoq'un həyatındakı ən gözəl nöqtə, qardaşı Teo'nun həm mənəvi, həm maddi cəhətdən Van Qoq'un yanında olması idi. Kitabın emosional zirvələrindən biri, Vinsent Van Qoq'un psixoloji sarsıntılar nəticəsində öz qulağını kəsməsidir. Bunu, cəmiyyətin onu eşitmək istəməməsinin simvolu adlandırmaq da olar. Əsərin zəif tərəfi isə, Van Qoq'un durmadan yeni rəssamlarla tanış olması və hər məkanda əlaqə qurmağa çalışmasıdır. Bu, bəzi hissələrdə süjetin əsas axınını zəiflədir və oxucunu yersiz detallarla yükləyə bilir. Əgər Vinsentin iç dünyasındakı yanmaq nə deməkdir sualına cavab axtarırsansa, bu kitabı oxumalısan.
Yaşamaq YanğısıIrving Stone · Oxşar Nəşriyyat · 2022485 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Əlvida dostlar.Gedirəm 'gilyotinə'!
10/10
·144 syf.··
2023 22. kitabı
·
29 saatte okudu
·
Okunma: 16 Mayıs 2023 15:13
Oxuduğunuz kitabdakı qəhrəmanın həyatı daha uzun olsun deyə kitabı bitirmək istəmədiyiniz oldumu? Mən o hissi Ölüm Məhbusunun Son GünüÖlüm Məhbusunun Son Günü-nü oxuyarkən yaşadım. Fransız yazıçı Victor HugoVictor Hugo -nun qələmindən çıxan bu əsəri sözlərlə ifadə etmək çox çətindir. 1829-cu ildə yazılan bu əsər edama məhkum olunan şəxsin öz dilindən ömrünün son günlərini hansı hislərlə yaşadığını göz önünə sərir. Bu hisləri oxuyanlara yaşatmağı bacarıb usta yazıçı. Bu edamın təkcə məhkum üçün yox,onun yaxınları üçün də necə əzablı olduğunu izah edir. Əsərdə məhkumun körpə qızı ilə son söhbətini oxuyanda isə siz ağlaya ,kövrələ bilərsiniz. Belə bir cümlə var idi: 'Hər kəs naməlum bir ölümün məhkumudur.' Amma öləcəyimiz anı bilmək ölümün özündən daha əzablı olmazmı? Kitabı mütaliə edərkən özünüzü həmin ölümə məhkum olunan şəxsin yerinə qoyacağınızdan əminəm. Xoş mütaliələr !
Ölüm Məhbusunun Son GünüVictor Hugo · Qanun Nəşriyyatı · 0152,3bin okunma
"Ağ zanbaqlar ölkəsi"
10/10
·200 syf.··
2023 21. kitabı
·
8 günde okudu
·
Okunma: 13 Mayıs 2023 00:05
İlk öncə yazıçı haqqında məlumat vermək istərdim. Qriqori Petrov-XX əsrin əvvəllərində Rusiya imperiyasında ən tanınmış din xadimlərindən və yazıçılardan biri idi.Fərqli fikirlərinə görə kilsədən qovulmuşdu.Qovulduqdan sonra isə ədəbiyyatla məşğul olmağa başlamışdır. Yazıçı ən məşhur əsəri "Ağ zanbaqlar ölkəsi"(1923) kitabını isə Rusiya İmperiyasında baş verən 'Oktyabr İnqilabı'ndan sonra ölkədən qaçdıqdan sonra Finlandiyada yazmışdır. Yazdığı bu məşhur əsərində olan fikirlərinə görə kitab SSRİ-də qadağan edilmişdir. Lakin SSRİ-də qadağan olunmasına baxmayaraq yeni inkişafda olan Türkiyə'də böyük maraqla qarşılanmışdır. Mustafa Kamal Atatürk - kitabla tanış olduqdan sonra bu kitabın türk dilinə tərcümə olunub hərbi məktəblərində tədris edilməsinə göstəriş verir. Bu cür addımı yalnız Atatürk kimi dahi ata bilərdi. Məhz buna görə həmin dövrdə Türkiyədə ən çox satılan kitab sıralarında ilk yerləri tutmuşdur. Əsərdə yazıçı Finlandiyada yaşadığı illərdəki təcrübələri qeydə almışdır. Yazıçı Q.Petrov bu məşhur əsərində fin mütəfəkkiri Yohan Vilhelm Snelman'ın öz xalqının düşdüyü çətin durumdan çıxarmaq yolunda apardığı əziyyətli mübarizəni ustalıqla şərh etmişdir. Hər kəs mütləq şəkildə bu gözəl əsəri oxumalıdır. Xoş mütaliələr.
İnceleme
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 2019124,5bin okunma
10/10
·72 syf.··
2023 18. kitabı
·
3 saatte okudu
·
Okunma: 28 Nisan 2023 20:26
Çar Rusiyası dövrünü izah etməyə çalışan kiçik həcmli ,amma çox dərin iz buraxan dramatik bir əsər oxudum Nikolay Qoqol'un qələmindən. Bu əsərdə ətrafı tərəfindən kasıb olduğu üçün həmişə xor görülən kiçik bir məmurun başına gələnlərlə tanış oluruq.Bu kasıb məmurun adı Akaki Akakiyeviçdi. Vəzifə sahiblərinin,bir az varlı insanların özlərindən aşağı təbəqədən olan insanlara davranışları insanın nəfəsini boğazında düyünləməyə məcbur edir bu kiçik əsər. Sonda əsərin kasıb qəhrəmanın başına gələn hadisə sizi kövrəldə bilər(Yəqin ki,kövrəldəcək). Qoqol'un qələmindən oxuduğum ilk əsər idi. Kitabın təsirindən hələ də çıxmamışam. Əgər oxumayıbsızsa mütləq ömrünüzün 1-2 saatını ayırın. Spoiler verməmək üçün daha çox incələməyəcəyəm. Xoş mütaliələr.
ŞinelNikolay Gogol · Qanun Nəşriyyatı · 201846,1bin okunma
7/10
·223 syf.··
2023 6. kitabı
·
12 günde okudu
·
Okunma: 18 Şubat 2023 17:45
Müsəlmanlar arasında həmişə aktual olan Sünni-Şiə bölünməsinin səbəblərini oxudum bu kitabda.İslam peyğəmbərindən sonra başlayan bu bölünmə VII-əsrdən bu günə kimi davam edib və etməkdədir. Mən hər zaman belə araşdırma olan kitabları tərəfsiz olan yazıçıdan ,araşdırmaçıdan oxumağa daha çox üstünlük verirəm.Amma bu kitabda sanki Şiə - məzhəbinə olan maraq daha çox idi. Ümumi götürsək kitab çox diqqətimi çəkdi.Oxuduğuma görə ,vaxt ayırdığıma görə peşman olmadım.Bəzi tarixi hadisələrdən xəbərim var idi.Lakin bu kitab həmin tarixi hadisələri gözümdə daha yaxşı canlandırmağa yardımçı oldu. Sonunda bu qərara gəldim ki, Sünni-Şiə bölünməsinin əsas səbəbi Hakimiyyət,Xilafət,Peyğəmbərin layiqli davamçısı mənəm - uğrunda gedən mübarizələr olmuşdu.
Peygamberden SonraLesley Hazleton · Kitabix Yayınları · 2013636 okunma