Bunu ozumusham uca ALLAH c.c razi olsun, her bir muselmanin bu kitabi, sehih sunneleri oxumasi bilmesi ve en esasida emel etmesi lazimdir. butun muselman baci qardashlarimia kesinlikle tovsiye edirem.
Senden dymaq olarmi , heyat sen ne shirinsen!
Ancaq haminin deyil ,
Sen heyatin qedrini
Yalniz bilenlerinsen !…
Ozunu bu dunyada hech kes qonaq sanmamish ,
Ancaq omrun ozu de beraber paylanmamish .
Omur paylanan zaman gorun kime ne dushdu ,
300 il boz qargaya , on il shahine dushdu .
Heyat sen ne shirinsen , kim senden doydu getdi ?
Gedanlar bu dunyada qelbini qoydu getdi .
Dunen bir qoca qari
Dilinde ahu zari .
<< Bu dunyanin elinden gelmishem zara >> – dedi .
<< olmurem ki , bir defe canim qurtara >> – dedi .
Urekdenmi soyledi o bu sozu goresen ?
Xeyir inanmiram man !
Eslinde bele bir sherait ola, insan tek tenha qalxa marsa veya aya, orda qala. Bu qeder yanlis, cahil, exlaqsiz, riyalar, yalanci, iki uzlu insanlarin arasinda qaliriq ki, aydaki, soyuqluq oksigensizlik bizim ucun coox deyerli olardi, herden ele yoruluram ki, arada butun yuklerimi ozume verib. Al bunlari saxla gelirem indi deyib getmeyim(qacmagim) gelir:(
Idraka yol açmış gecədən gündüzə ALLAH!
Güldürməsən öz könlünü gülməz üzə ALLAH!
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş.
Qəlbin gözü yanmazsa görünməz gözə ALLAH!
ALLAH bilirik cismi deyil,bəs nədir ALLAH?
Ən yüksək haqda olan həqiqətdir ALLAH!
Dondunsa təkamülcə gözəllik qabağında.
Dərk et,bu təəccübdə,bu heyrətdədir ALLAH.
Bildik,bilirikgizlidir insandakı qüdrət.
Hər kəs onu fəhm etməsə acizdir o əlbət.
İnsanın əzəl borcudur insanlığa hörmət.
İnsanlığa hörmətdə,ləyaqətdədir ALLAH!
Fitrətdə yatır sözdə sözün öz yükü fikrin.
Seçmiş,seçəcək daima tükdən tükü fikrim.
Mən bir ağacam yarpağı sözlərkökü fikrim.
Sözlərdə deyil sözlərdəki hikmətdədir ALLAH!
İnsan!-təpədən dırnağa sən arzu diləksən.
Nəfsində doyumsuz,fəqət eşqində mələksən.
Zülmün üzünə haqq düyilən şilləni çək sən.
Şillən də möhürlənmiş o qeyrətədir ALLAH!
Cahil enər alçaqlığa öz qədddini yenməz.
Vicdandan əgər dönsədə,öz xeyrindən dönməz.
Zülmətdə,cəhalətdə,ədavətdə görünməz.
İlqarda,sədaqətdə,məhəbbətdədir ALLAH!
Azerbaycanin dahi shairi: Beztiyar Vahabzade
AllahTuran Dursun · Kaynak Yayıncılık · 1995266 okunma
Bir qız qarlı qış günündə
Dibçəkdə bir gül bitirdi.
Qış fəslində gülə baxıb
Ürəyinə yaz gətirdi.
Bu gül, əsl qızılgüldü –
Ləçəkləri varaq-varaq.
Tikanı bol, rəngi qızıl,
Ətri yoxdu onun ancaq.
* * *
Qonşuluqda bir oğlanın
Qəfəsdə bülbülü vardı.
Oğlan onun nəğməsilə
Dərdlərini ovudardı.
Nə oldusa… oxumadı,
Susdu bülbül birdən-birə.
Oğlan düşdü min fikirə.
Qonşudakı qızılgüldən
Xəbər tutdu oğlan bir gün.
Bülbülünü o gətirib
Qənşərinə qoydu gülün.
Gül, bülbülü görən kimi,
Sığallandı,
tumarlandı.
Gözlərinə naz-qəmzədən
Sürmə çəkib xumarlandı...
Küçük EmsileKolektif · Muallim Neşriyat · 201618 okunma