"Ölümündən sonra Tanrı insana keçdiyi ömür yolunu və həmin yolda qalan ayaq izlərini göstərdi.
- Bəs bu kimin izləridir, arxamca gələn kimdir? - insan xəbər aldı.
- Mənim ayaq izlərimdir, bütün ömrün boyu səni izləmişəm, - Tanrı cavab verdi.
- Harada ki, çətinliyə düşmüşəm, orada bircə iz görünür. Nədən çətinliklərdə məni yalqız saxlamısan?! - insan incikliklə soruşdu.
- Sən çətinliyə düşəndə mən əlindən tutmuşam, dostum. Odur ki, bu izlər mənim izlərimdir, sənin yox, - Tanrı güldü."