"Hərdən mənə elə gəlir ki, gündəlikdə yaşayıram, tamamilə dəxli olmayan, yad bir gündəlikdə, başdan-başa qısa cümlələrlə tərtib olunmuş gündəlikdə... Hə..."
"Yaxşı xatırlayıram, çoxları inamla deyirdi ki, SSRİ-nin dağılması üçün bütün səbəbləri bir kənara tullayıb bircə səbəbin yaxasından yapışmaq bəs edir; SSRİ sadə bir səbəbə görə dağılmalıydı, çünki onun təməli günahsız körpələrin qanı ilə sulanmışdı - Aleksey Romanov və bacılarının."