Nə biləydim son görüş sevginin baş daşıdır,
Sən bir adi üzüksən,yalan onun qaşıdır.
Nə biləydim hiylələr sənə yol yoldaşıdır,
Susdu daha əbədi könlümün istək simi,
Mən ki,sənə bağlandım,bada verdim eşqimi.
Qadınlar kişilərlə müqayisədə qat-qat həssas olmaları hər kəsə məlum həqiqətdir.Onlar,xüsusən də,diqqətə qarşı çox həssasdırlar.Hər hansı qadına göstərilən diqqət mütləq öz müsbət təsirini göstərməlidir.Lakin bunu bilmək vacibdir ki,qadın diqqətsizliyə qarşı daha artıq həssas olurlar.Eyni bir laqeyd münasibət kişiyə günəbaxan toxumu atılması kimi təsir göstərərsə,qadına qurğuşun güllə kimi təsir edə bilir.
Onun düşüncəsinə görə,bir qadının qəlbini ələ almaq,əgər həmişəlik onunla olacaqsansa,normal bir şey,qəlbini özünlə götürüb gedəcək və onu yarı yolda qoyacaqsansa cinayət idi.
Bir də ki oğlanda yaraşıq şərt deyil,əsas odur xasiyyəti yaxşı olsun.Yəni sənə sadiq olsun,ailəcanlı olsun,mədəni,istiqanlı və səmimi olsun,başqasında gözü olmasın.Əsas bunlardır.