Əslində kitaba hələ təzə başlamışam, amma yenə də bu sətirləri yazmaq istədim. Mən Hakan Gündayı "Daha" əsəri ilə tanımışam, oxuduğum müddətdə çox çətinlik çəkdiyim amma sona çatdırmağa özümü "məcbur" hiss etdiyim kitab idi. Uzun müddət də təsirindən çıxa bilməmişdim ( hələ də təsirindəyəm). "Azil" isə oxuduqca hər sözün altından xətt çəkmək istədiyim kitab oldu. Oxuduğum hər sətirdə düşüncələrin gücünü o qədər hiss edirəm ki, zehnim artıq məni qorxudur. Hələ kitabın əvvəlində belə hiss edirəmsə, bitirəndəki halımı təsəvvür edə bilmirəm. Hakan Gündayın yazı tərzi o qədər adamı cəlb edir ki, asılılıq yaradır artıq. Nə qədər uzun əsər olmasından asılı olmayaraq oxuyanda adam sıxılmır, hər cümlə bitdikdə isə düşüncələrə qərq olur...