Oğlan uşaqları küçədən keçən qızlara qar yedizdirir və bununla öz sevgilərini bildirirdilər. Amma ən qəribəsi də odur ki, elə həmin qızlar da illər sonra həmin oğlanlar ilə evlənirdilər. Sadəcə, həmin qızlara yox, başqa qızlara qar yedizdirən oğlanlarla. Beləcə, onlar yeni oğlanları qar yedizdirməyən oğlan bilib sevir, oğlanlar da bu qızları onlardan əvvəl heç bir oğlanın əlindən qar yeməyən qız bilib evlənirdilər.
Hə, sevirdim. Bu hissin başqa adı yoxdur. Əgər nəfəs ala bilmirəmsə, əgər bütün içim titrəyir və boğazım quruyursa əgər kiçik bir pıçıltı ilə danışmağa qorxur və onun çox möhkəm bir səslə çıxacağından çəkinirsənsə. Əgər başın gicəllənir və qollarının arasındakı insanı ürəyinə sıxmaq istəyirsənsə... Buna ancaq sevgi deyirlər. Mən sevirdim... onu sevirdim...