Boynuma alıram ki, biz mübarizə aparırıq, amma mübarizənin də iki növü var. Biri cəngavər mübarizəsidir ki, orda hər iki rəqib bir-birinə layiqdir, hərə öz gücünə görə döyüşür, hərə özü üçün məğlub olur, hərə özü üçün qalib gəlir. İkincisi isə zərərli həşərat mübarizəsidir ki, orda biri digərini sancmaqla kifayətlənmir, yaşamaq üçün onun qanını da sorur. Beləsinə peşəkar əsgər deyirlər və sən də elələrindənsən.
Ancaq burda günəşin özünə qədər uçmaq lazım deyil, sadəcə olaraq, yer üzündə elə bir təmiz yerə qədər uçmaq lazımdır ki, gün hərdən oraya da düşür, bir az qızınmaq olur.
Bəlkə də səhv edirəm, amma mənə belə gəlir ki, gülüşünə görə insanı tanımaq olar və əgər tamamilə tanımadığınız bir adamın gülüşü elə ilk görüşdəncə xoşunuza gəlirsə, onda cəsarətlə deyə bilərsiniz ki, bu, yaxşı adamdır.