...sanki çox həvəssiz və soyuq idim, Mələkdən kənar hər şeyə qarşı. Evə gələn kimi hər şeyi unudur və yalnız Məlǝyǝ tamaşa edirdim. Evdən gedəndə də onu yenidən görəcəyim anı düşünürdüm.
Bəli, bu qarşılıq gözləmədən, heç bir səbəbə və nəticəsi axtarılmadan hiss etdiyim sevgi hissi idi. Sadəcə sevmək, uzaqdan sevmək, toxunmadan, onu istəmədən sevmək. Bir-bir keçmişdə sevdiyim qızlar yadıma düşür və anlayırdım ki, bu qız onların heç birisinə bənzəmir.
O böyük qanadları o qədər gözəl idi ki, bəzən onun üzünü, gözlərini unudur və ancaq qanadlarına tamaşa edirdim. Bu cürə gözəl mənzərəyə baxdıqca keçmişdə sevdiyim, vurulduğum qızlar yadıma düşür və nə qədər adi və çirkin olduqlarını anlayırdım.