"İnsanlar pardon, bayanlar ikiye ayrılır: kadınlar ve kızlar."
Kitab sanki, mənim yaşadığımız patriarxal düzən haqqındakı düşüncələrimdir. Mənə görə bir qadın üçün ideal motivasiya əsəridir. Əsərin bəzi səhnələrində gözlərim doldu, bəzi səhnələrində özümü tapdım. Biraz sərt dili olmasına rəğmən həyatdan bir əsər idi. Əslində fikirlərimlə çox üst-üstə düşürdü, sadəcə özümə bu düşüncənin təsdiqi üçün bir sübut, dəstək lazım idi.
Bir münasibətin normal olması üçün hər iki tərəf bərabər olmalıdır. Həm maddi və mənəvi, həm də sosial və hüquqi...
Evlilik düşünən hər bir fərd bu evliliyə nə vaxtsa asılı qalmamaq üçün hazır olmalıdır. Xüsusilə qadın. Öz işi, evi və hətta maşını, cəmiyyətdə yeri, sosial bir rolu, ona həyatda önəmli hiss etdirəcək bir dost əhatəsi olmalıdır.
Əsərdə həm də övladına-qızına sevgi göstərməyən, sevgi göstərməkdən qaçan bir ata obrazı görürük: "Ben böyle... kaskatı... okşanmaya muhtaç... hiç neşelenmeyen... gülmeyen... ben, böyle kaskatı... biri bana sarılsa, biri saçımı okşasa deye bekleyen kediler gibi... Ah baba... babacığım..."
Bu da cəmiyyətin ən böyük problemlərindən biridir. Sevgisiz, ata sevgisindən məhrum böyüyən qadınlar onlara eyni sevgisizliyi göstərəcək kişiləri alırlar həyatlarına. Və sevgisiz böyümüş qadınlar, sevgisiz böyüyəcək qadınlar sevgisiz böyüyəcək cəmiyyət deməkdir.