ilhamaliyeva

ilhamaliyeva
@ilhamasbook
Bookstagrammer, booktrovert İnstagram: ilhamasbook
Baku, Azerbaijan
32 reader point
Joined on April 2020
71 syf.
·
Not rated
Bu hekayəni tam qərəzsiz oxuya bilərsinizmi?
67 yaşlı bir qadının 42 yaşında yaşadığı sadəcə iyirmi dört saatının hekayəsini o qadını mühakimə etmədən oxuya bilərsinizmi? O qadın öz dinləyicisinə tam güvəndiyi qədər sizə də güvənə bilərmi? Dinləyicisinə verdiyi həm özünə,həm ona ancaq və ancaq doğruları danışacağı ,hətta duyğuları barədə tam dürüst olacağı sözünü sizə də eyni cəsarətlə və əminliklə verə bilərmi? Bu elə bir iyirmi dört saatdır ki, bu qadın həyatında yaşaya biləcək bütün duyğuların ən yüksək həddini yaşayır. Sevgi, güvən, mərhəmət, empatiya, kədər, qorxu, itirmə, xoşbəxt hiss etmə, peşman olma, utanc kimi duyğuları. Necə unuda bilərdi ki, o günü? Heçkimə hətta bəlkə də, sonradan özünə belə danışmadığı, qınaq obyektinə çevrilməkdən qorxduğu üçün səsləndirmədiyi o günü ancaq iyirmi beş ildən sonra tanımadığı birinə danışır. Çünki dinləyicisinin obyektiv fikirlərinə güvənir. Heç kimə danışmamasının səbəbi isə özünü o qədər mühakimə edir ki, hər kəsin onu mühakimə edəcəyini düşünür. İnsan özünə qarşı bu qədər qərəzlidirsə, başqa biri necə olmasın ki? Mən bu qadının öz həyatının o unudulmaz iyirmi dört saatını danışarkən bu qədər səmimi və dürüst olmasından çox təsirləndim. Qadınlarımıza həmişə güclü olmağı arzu edirəm amma heç bir qadının sevgi ilə sınanmasını oxumaq və görmək istəmirəm.
Bir Kadının Yaşamından Yirmi Dört Saat
Bir Kadının Yaşamından Yirmi Dört SaatStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020127.5k okunma
Reklam
576 syf.
·
Not rated
Əgər həm İtaliyaya virtual olaraq səyahət etmək istəyirsinizsə, həm də bir dedektiv kimi hekayənin əvvəlində sirr kimi paylaşılan müəmmalı bir məsələnin necə həll olunmasının macərasını siz də yaşamaq istəyirsinizsə, o zaman bu kitabı oxuyun. İlk öncə səyahətdən danışmaq istəyirəm. Çünki mənim bu kitabı bu qədər heyranlıqla oxumağımın əsas səbəbi
Cəhənnəm
CəhənnəmDan Brown · Qanun Nəşriyyatı · 201425.9k okunma
80 syf.
·
Not rated
Görəsən bu hekayəni doğru başa düşürük?
Kitabın sonunda bir tənqidçinin hekayə haqqında yazısı var və iddia edir ki, biz kitabı səthi oxuyuruq və hekayənin mənasını tam qavramırıq. Oxuyucunu da tənqid edir amma yazısının sonunda onun da yazdıqlarını oxuduğumuz üçün həm də bizi qiymətləndirir. Mən Qoqolu ilk dəfədir oxuyuram, yazıçını bu əsərlə tanıdım. Bir rus ədəbiyyatına görə Şinel
Şinel
ŞinelNikolay Gogol · Parlaq · 037.1k okunma

Reader Follow Recommendations

See All
96 syf.
·
Not rated
İlk öncə onu qeyd edim ki, bu kitab mənim yapon ədəbiyyatından oxuduğum ilk kitabdır. Xüsusilə bu çaplar o qədər gözəldir ki, bütün bu kitabları almaq və hər birini oxumaq istəyirəm. Bu kitabın bir fəlsəfəsi var. Bunu kitabı oxuyarkən yazılan hər cümlədə hiss edirsiniz. Sanki sizə nələrisə çatdırmağa çalışır amma təbii ki, siz o yazılanları tam dərk edib mənimsəyirsinizmi? sual budur. Başa düşülməsi və verilən mesajların alınması bir qədər çətindir. On gecə və on fərqli yuxu. Yuxuların reallıqla fantastika arasında gedib-gəlməsi həyəcanverici idi. Cümlələrin sanki şeir kimi ahənglə ifadə olunması oxucuya maraqlı təcrübə yaşadır. İnsanlar və ətraf mühit haqqında verilən məlumatlar elə gözəl təsvir olunub ki, təsirlənməmək mümkün deyil. Hekayələr qısadır amma daşıdığı mənalar çox dərindir. Ən bəyəndiyim yuxu 7-ci gecə yuxusu oldu. Bəyənməyimin səbəbi bəlkə də, hekayəni tam başa düşməyim ve verilən o mesajı anlamağım idi. Bu hekayədə bir cümlənin altından xətt çəkdim. "İlk dəfədir hara getdiyimi bilməsəm belə, gəmidə qalmalı olduğumun fərqinə vardım". Bu cümlə sizə də tanış gəldi? Mənə hiss etdirdiklərini sizə də hiss etdirdi? Hara getdiyimizin və nə üçün getdiyimizin bir mənası yoxdur. Önəmli olan biz bu gəmidəyik. Gəmi öz yolunu bilir, son nöqtəsindən əmindir. Biz bəzən burada olmağı istəməsək də, bəzən darıxsaq da, nələrdənsə şikayət də etsək, gəmidə qalmağın və bu səyahətə güvənməyin fərqindəliyini yaşamalıyıq. Bu kitabı bir də oxumağı düşünürəm və əlbəttə ki, yapon ədəbiyyatı oxumağa davam edəcəyəm.
On Gece Rüyası
On Gece RüyasıNatsume Soseki · Tokyo Manga · 2023306 okunma
255 syf.
·
Not rated
Əsl sevgi nəyə qadirdir? Məncə yazıçı öz kitablarında sevgini çox gözəl təsvir edir. Əsl sevgi nədir və necə olmalıdır? siz onun kitablarını oxuyarkən bu suala cavab tapırsınız. Hekayənin ana süjet xətti sevgidir. Amma bu sevgi hekayəsi maraqlı və fantastik bir şəkildə yazılıb. İlk öncə hələ 30 yaşına çatmayan gənc və olduqca gözəl bir qadın
Bəlkə də Bu, Həqiqətdir
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0737 okunma
Reklam
68 syf.
·
Not rated
Acını azaltmağın nə mənası var?
Kitabın əvvəlində xarakterlərin həyatı və vəziyyətləri barədə məlumat verildiyindən, "mövzü tam olaraq, nə vaxt başlayacaq?" görəsən düşüncəsi ilə oxuyurdum, hekayə ağır başlamış və o cür davam edirdi. Lakin, 28-ci səhifədən sonra kitabın əvvəlində bəhs edilən iki xarakterin bir araya gəlməsi və söhbətə başlaması ilə birlikdə, hekayənin
Altıncı Koğuş
Altıncı KoğuşAnton Çehov · Türkiye İş Bankası Kültür Yayınları · 202270.3k okunma
83 syf.
·
Not rated
Güclü şahmat oyunçusu olmaq üçün nə lazımdır? Yüksək zəka və ya sürətli düşünmə qabiliyyəti? Ya anadangəlmə fitri istedad? Bəlkə o qədər çox boş vaxtın olmalıdır ki, şahmatın bütün incəliklərinə və strategiyalarına dərindən yiyələnəsən? Qarşı-qarşıya gələn iki şahmat oyunçusu. Biri dünya şampiyonudur, professional olaraq şahmat oynayır, digəri isə
Satranç
SatrançStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020238.2k okunma
175 syf.
·
Not rated
Sevdiyi qadın istədi deyə qumara başladı, qumar səbəbindən sevdiyini itirdi. Əvvəlcə sevdiyini itirdi, sonra həyatını, həyatın məqsədini və mənasını. Həyatı ilə qumar oynayan bir müəllim. Yox, yox canı qarşılığında oynamırdı, az pul qoyub çox pul götürürdü. Çox pul qoyanda isə az. Həyatı ilə qumar oynayırdı deyirəm çünki pul onun üçün nəsə ifadə
Qumarbaz
QumarbazFyodor Dostoyevski · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201869.1k okunma
432 syf.
·
Not rated
Öz həyatınızı bir insan cildində təsvir etsəydiniz, xarici görünüşcə necə biri olardı? Təsəvvür edin ki, bir gün həyatınız insan olaraq qarşınıza çıxır. Nə düşünürsünüz, o necə biridir? Gözəl və ya yaraşıqlı yoxsa eybəcər? Həyat sizə özüylə bağlı sizin də bildiyiniz amma görməzdən gəldiyiniz həqiqətləri çatdırır. Həyatınız qaydasındadırsa, onun
Xoşbəxt Çağlarım
Xoşbəxt ÇağlarımCecelia Ahern · Qanun Nəşriyyatı · 20231 okunma
210 syf.
·
Not rated
Bu kitab haqqında uzun uzun yazmaq istəmirəm. Çünki hekayə qəlbimi qırdı və məni çox incitdi. Heç onsuz da yazmaq istəsəm belə hekayədəki o acını və duyğuları sözlərlə ifadə edə bilməyim mümkün deyil. Bir insan öz qısa həyatına nə qədər kədər sığdıra bilər? Kitab çox qarşıma çıxdığı üçün oxumaq qərarına gəldim, haradan bilə bilərdim bu qədər çox ağlayacağımı? Kitabın adı "yaşamaq"-dır ama bu hekayədə yaşamaq adına heç nə yoxdur ancaq ölüm var. Sonda demək istəyirəm ki, "Youqing, sənin öz quzuların üçün hönkür-hönkür ağladığın kimi mən də sənin üçün ağladım, səni və o böyük ürəyini unutmayacağam balaca oğlan". Xatırladıqca və yazdıqca hələ də, duyğulanmağım normaldır?
Yaşamak
YaşamakYu Hua · Jaguar Kitap · 201634.1k okunma
Reklam
336 syf.
·
Not rated
Söhbət sevgidən gedirsə, necə birisiniz? Tamamilə ağlı və məntiqi ilə hərəkət edən ya duyğularını tanıyıb və onlara inanaraq addım atan? Və ya hər ikisini balansda saxlamağı bacarırsınız? Jane Austinin "Düşüncə və hissiyat" kitabında bir-birini çox sevən və həmişə dəstək olan iki bacının başına gələn hadisələr əks olunub. Bacıların hər
Düşüncə və Hissiyyat
Düşüncə və HissiyyatJane Austen · Qanun Nəşriyyatı · 20196.5k okunma
·
Not rated
Bir zamanlar uşaq olduğunu unudan bütün böyüklərin oxumalı olduğu o kitab.
Düşünürəm ki, bu kitabı oxumayan yoxdur ama əgər oxumamısınızsa, özünüzə və uşaqlığınıza bir yaxşılıq edin və bu kitabı mütləq oxuyun. Bir neçə saatınızı ayırın və bir dəfəyə oxuyun. Kitabı əlinizə alıb oxumağa başladığınızda nələrsə sizə tanış gələcək. Kitaba doğru çəkiləcəksiniz, çünki uşaqlığınız sizi çağıracaq. Bu kitabda həyata uşaqların gözü ilə baxacaqsınız və bir anda hər şey sizə mənasız görünəcək. "Hər yetişkin bir zamanlar uşaq olub". Bəs biz insanlar bu faktı niyə unutmuşuq? Xatırlamağımız üçün bizə də ulduzlardan gələn bir balaca şahzadə lazımdır? Məncə yox. Tülkünün balaca şahzadəyə dediyi kimi ürəyimizə baxmalıyıq, çünki yaxşı və vacib olan nələrisə ürək vasitəsilə görmək mümkündür. Özümüzə və ətrafımızda olan hadisələrə laqeyd olmağı nə vaxt öyrəndik? Bəs nələrinsə bizim marağımızı cəlb etməyi və bizim sual verməyimiz nə vaxt dayandı görəsən? Nə zaman insanlara baxanda ancaq rəqəmlər (yaşı,kilosu,qazancı) görməyə başladıq? Sevgi və dostluğa əhəmiyyət verməyi necə unutmuş ola bilərik? Həqiqətən bağlı olduğumuz nə üçün zaman və əmək sərf edirik? Könül bağı qurduğumuz nə isə var mı? Necə tez böyüdük? Niyə böyüdük? Gördüyünüz kimi 90 səhifəlik bu balaca hekayə mənə neçə sual yazdırdı. Bəlkə də sizə daha çox sual verəcək, bəlkə də axtardığınız suallara cavab.
Küçük Prens
Küçük PrensAntoine de Saint-Exupéry · Türkiye İş Bankası Kültür Yayınları · 2021236k okunma
94 syf.
·
Not rated
Bu kitab bir teatr oyunudur əslində. Maraqlı və bir az da əyləncəli bir dil ilə yazılıb. Cəmi 92 səhifədən ibarət olan bu kiçik teatr oyununda adı çəkilən xarakterlər bu həyatda yerini tapa bilməyən, ümumiyyətlə nə istədiyini başa düşməyən, sadəcə səbəbsizcə və dəlicəsinə sevən, özündən başqasını düşünməyən, həyatdan və yaşamaqdan doyan və doymayan, həyata tamamilə fəlsəfi gözlə baxan, istədiyi həyatı yaşayan ama bundan narazı olan, nəyin bahasına olursa olsun arzularının arxasınca getməyə həvəsli olan biriləridir. Ortaq cəhətləri isə hər birinin xoşbəxt olmaq arzusudur və siz istər-istəməz hər xarakterdə özünüzü tapırsınız,hətta bəziləri üçün kədərlənə bilir, bəzilərinə qəzəblənirsiniz. Oyunda çox sevgi də var ama qarşılıqlı heç nə yoxdur. Kitabın son cümləsi hədsiz təsirlidir, bitirdiyim zaman bir neçə dəqiqə cümlənin üzərində dayandım. Həmin cümlə əvvəllər də bu barədə düşündüyüm və özümə verdiyim bir sualı mənə yenidən xatırlatdı. Yaşamaq üçün bir səbəbə ehtiyacımız var mı və son anda könül rahatlığı ilə "bu həyatı həqiqətən yaşadım" demək üçün necə yaşamalıyıq?
Martı
MartıAnton Çehov · İş Bankası Kültür Yayınları · 201620.4k okunma