33 günə bitirrmişəm... Əslində arada həftələrlə oxuya bilmədim, dərslərim çox oldu. İkinci səbəb də kitabın dili idi. Mən türkcə oxudum. Türkcə kitablar rahatlıqla oxuyuram, amma həqiqətən çətinlik çəkirdim bu kitabda. Uzun və mənim üçün başa düşülməsi çətin olan cümlələr çox idi. Hər dəfə də girib türkcədən tərcümə eləmək mümkünsüzdü. Bir cümləni üç dəfə oxuyub yenə də tam anlamadığım da oldu. Başlarda daha çətin idi, səhifələr bitmirdi. Doxsanıncı səhifələrdən sonra sürətim artdı. Deyəsən artıq anlamağa çalışmaqdan əl çəkmişdim. Bilmirəm, görəsən kitabın orijinal dilində də belə çətindi mi oxumaq? Belə deməyimə baxmayın, təbii ki kitabda nədən söhbət getdiyini bilirəm, yəni hadisələrin axını. Ama o təsvir hissələrində ya da metaforlara keçəndə tıxanıb qalırdım. Kitabı dəhşət bəyənə bilmədim. Yəqinki gecikdirərək oxuduğum, həm də diliylə bağlı belə oldu. Kitabı nə vaxtsa öz dilində və ya bizim dildə (bilmirəm, hal-hazırda var ya yox) oxumağı düşünürəm. Mənə elə gəlir ki obrazları tam qavraya bilmədim. Bunu da yenə oxumaqdakı çətinliyimə bağlıyıram. Ya da bilmirəm bəlkə mənimlə bağlıdı. Ya da əslində obrazla səthidi, sadəcə mən dərinlik axtarırdım. Ona görə də kitabın mövzusu haqda təhlil aparmağımı düzgün görmürəm. Filminə də baxacam. Bəlkə orda daha yaxşı anladım. Belə...