Elviyyə Babayeva

Elviyyə Babayeva
@imssunshiine
"Zaten muhitimden uzak duruşumun, vahşiliğimin bir sebebi de kitaplarda tanıştığım ve benimsediğim insanları muhitimde bulamayışım değil miydi?"
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
Bakı Dövlət Universiteti
Azərbaycan/Bakı
15 Ağustos 2004
34 okur puanı
Temmuz 2022 tarihinde katıldı
80 syf.
·
Puan vermedi
Anton Çexovun qələmindən oxuduğum 2-ci hekayədir. Anton Çexov birnəfəsə oxunacaq bu əsərində də hər dövrə aid olan bir problem qaldırmışdır. Baxmayaraq 15 səhifəlik bir hekayədir, sizi bir müddət düşünməyə, müşahidə etməyə, axtarmağa vadar edir. Əsərdə hadisələri Burkin adlı obraz təsvir edir, hekayədə isə hadisələr Belikov adlı obrazın ətrafında cərəyan edir. Əsəri bitirdikdən sonra dərin nəfəs alırsan. Maraqlı budur ki, hər birimizin həyatında Belikov kimi insanlar olub, olacaq. Hətta deyə bilərəm ki, bəzən biz özümüz də Belikov kimi sərhədlər çəkirik, açığı mənim özüm üçün təyin etdiyim bu cür qaydalar var. Belikovdan fərqim isə bunun yalnız öz üzərimdə tətbiq etməyimdir, Belikov isə bunu bütün cəmiyyətə aid edir, onla həmfikir olmayanları aşağılayır, səviyyəsiz kimi başa düşür. Belikov doğrunun, gerçəkliyin nisbi olduğunu, ona görə yanlış olanın başqası üçün doğru sayıla biləcəyini anlaya bilmir, anlamır demirəm, çünki məncə o çalışır, istəyir onlara ayaq uydursun, ancaq o qədər qaydalar onun ruhuna işləyib ki, onlardan qurtuluşu yoxdur, qurtula bilmədikcə də öz qılafına sığınır. Təsəvvür edin, adam istənilən hava şəraitində çətirlə gəzir, paltosunu çıxarmır ki birdən hava onu hazırlıqsız vəziyyətdə tutar. Necə də qorxuncdur, hər şeyi ən kiçik detalın qədər düşünən, fikir vərən biri olmaq. Belikovun qaydalarından bəzilərini mənim də həyatımda tətbiq etdiyimi gördüm, sonra da fərq etdim ki, yaxşı ki mən Belikov qədər ifrat dərəcədə manyak deyiləm.
Qılaflı Adam
Qılaflı Adam
Anton Çehov
Anton Çehov
Qılaflı Adam
Qılaflı AdamAnton Çehov · Parlaq İmzalar · 202410 okunma
Reklam
68 syf.
·
Puan vermedi
·
36 saatte okudu
Stefan Zweig-dən oxuduğum 5-ci kitabdır. Yazar hər kitabında fərqli mövzulara toxunur, fərqli aspektlərdən yanaşır. Diqqət! Spoiler ola bilər. Bu kitabında biz 13 yaşında olarkən üzünü belə görmədən bir bəyə dərin heyranlıq duyan qızla tanış oluruq. İlk günlər qızın qəlbində stabil qalan bu heyranlıq, bəyin üzünü gördükdən sonra daha da artır. Elə bir hala gəlir ki, artıq bağımlılıq yaradır. Uşaq hisslərinin əsiri olan bu qız yaş artıqca da bu bağlılıqdan əl çəkmir, əksinə daha da bu bataqlığa sürüklənir. Əsərdə "Xanımın hisslərini eşq adlandırmaq olarmı"- deyə sual verilsə, cavabım qəti şəkildə "yox" olar. O sadəcə öz hisslərinin, daha doğrusu uşaq hisslərinin əsiri olmuş bir qadındır. Onu yetişməmiş, olğun olmayan biri kimi səciyyələndirirəm. Bəy bir dəfə belə ümid verəcək bir şey etməyib, onu diqqətə belə almayıb. Layiq olduğu adamlar varkən, onu sevməyənin ardınca gedir. Və bəyi əsla qınamıram, onun seçimi budur, o bu həyatı seçib. Əgər qadına ümid vermiş olsa idi, yarı yolda qoysa idi, qınamaq olardı. Zənnimcə, xanımda bu bağlılığın yaranmasına da səbəb elə budur. Onu tanımadan, bilmədən heyran olmasıdır, daxili ilə bağlı heç nə bilmir, sadəcə içində olan kiçik qıvılcımı öz-özünə alovlandırır. Əsərdə diqqətimi çəkən hissələrdən biri də bəyaz güllər idi, hansı ki hər doğum günündə bu güllərlə onu yad edirdi. Bəyaz zanbaqlar bu əsərin simvolu ola bilər. Oxumağa dəyər əsərdir deyə bilərik.
Bilinmeyen Bir Kadının Mektubu
Bilinmeyen Bir Kadının Mektubu
Stefan Zweig
Stefan Zweig
Bilinmeyen Bir Kadının Mektubu
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2022226,2bin okunma