Puan vermedi
Asəf Hüseynov - “İNEFFABLE” Kitab məşhur bir biznesmenin – Mənsur Əfəndiyevin bağ evində öldürülmüş vəziyyətdə tapılması ilə başlayır. Bu müəmmalı cinayətin üstünü açmaq üçün iş müstəntiq Aslan bəyə tapşırılır. Və ona bu çətin araşdırmada iki yaxın dostu - köməkçisi Qəmzə xanım və Yusif bəy kömək edir. Bu üç nəfər birlikdə cinayətin izinə düşürlər. Mərhumun çox qeyri-adi bir üsulla və fərqli bir silahla öldürülməsi hekayəyə xüsusi bir maraq qatır və oxucunu kitaba bağlayır. İlk növbədə onu demək istəyirəm ki, kitabın bəzi yerlərində cümlələr çox mürəkkəb və qarışıq idi. Əsər zatən detektiv janrdadır, onsuz da axtarış içindəyəm. Bunun üstünə bir də yazıçının vergüllərdən istifadə edərək cümləni dayanmadan uzatması, eyni cümlə içində bir fikirdən digərinə keçməsi oxumağı daha da yorucu edirdi. Hətta kitabın ortalarında bir cümləni yoxlamaq üçün saydım və bir cümlənin içində tam 113 söz var idi. Bir cümlə üçün bu həddindən artıq çox deyilmi? Bu qədər uzun və qəliz cümləyə nə gərək var? Dəfələrlə məni yenidən əvvələ qayıdıb eyni yeri təzədən oxumağa məcbur edirdi. Təbii ki, bu, bütün kitab boyu belə deyildi, sadəcə müəyyən yerlərdə qarşıma çıxırdı. Bəlkə də sadəcə mənə mürəkkəb gəldi, bəlkə də başqa oxucular üçün kifayət qədər sadə və anlaşıqlı olub-olacaq, bilmirəm. Kitabın içində təqdirəlayiq və alqışlanacaq mövzulara toxunulub. Xüsusilə nəşriyyatlar, kitab satışı və mütaliə ilə bağlı yazılanlar. Müəllif bəzi nəşriyyatların gənc yazarlara şərait yaratmamasından, daha çox pul gətirən məşhur kitablara üz tutmasından danışır ki, bu da günümüzün reallığıdır. Əslində hər bir insan gördüyü işdən pul qazanmaq istəyir, buna söz yox. Amma maddi qazancla yanaşı, cəmiyyəti maarifləndirmək və istedadlı gəncləri üzə çıxarmaq üçün də nəsə etsələr, çox gözəl olar. Yazıçının kitabda
İneffableAsəf Hüseynov · Əlfəcin Nəşriyyatı · 202422 okunma
İneffable...)
9/10
·184 syf.·
Beğendi
·
2024 46. kitabı
Kitabda hadisələr çox axıcı təsvir olunub, həmçinin oxuyarkən həm də yazıçı ilə söhbət edirmiş kimi hiss edir insan. Kitaba yazıçının özünü də daxil etməsi ayrı bir mükəmməllik qatıb.İlk dəfədir belə bir halla qarşılaşıram və yaxşı alındığını düşünürəm. Ən çox bəyəndiyim obrazlar Aslan və Qəmzə idi,daha doğrusu onların həqiqi mənada dost olmağı bacarmaqları.Aslan'ın Dəfnəyə olan eşqinin də, ümidsiz bir eşq olduğu məlum idi sanki. Və ən əsası,bu cinayət işini araşdıran hər üç şəxs;Aslan,Yusif,Qəmzə, hər biri işinə məsuliyyətlə yanaşırdı və əlindən gələni edirdi. Və kitabda da anonim olan yazıçı sona qədər də anonim qaldı, açıqlanmadı.Deyəsən, Asəf Hüseynov'un kitablarında ən sevdiyim xüsusiyyət də, bəzi obrazları elə sirr olaraq saxlamasıdır.)
İnsan ve Hayat
İneffableAsəf Hüseynov · Əlfəcin Nəşriyyatı · 202422 okunma