Bir halda ki, həyat məqaləsini ölüm həll edir, bəlkə elə allahın özünə də sərf edər ki, adamlar ona inanmasın, əllərini göyə açıb kömək gözləməkdənsə, var qüvvələrini toplayıb, ölümlə mübarizəyə girişsinlər.
Əgər o hər şeyə qadir olan bir allaha inanmış olsa, xəstələri müalicə etməz və onları allahın ixtiyarına verərdi. Allaha inandığını güman edənlərin heç biri, lap Panelunun özü də tam imana malik deyil. Heç kəs özünü tamlıqla allahın ixtiyarına vermir.