Nurlan

Sonu kədərli oldu.
8/10
·568 syf.··
2026 4. kitabı
·
31 günde okudu
·
Okunma: 20 Mart 2026 14:03
(Spoiler) Kitabın əvvəlində baş qəhramanın kim olduğunu müəyyən etməyə çalışdım, amma baş qəhramanımızın hələ illər sonrasında doğulacağını öyrəndim. Doğulan uşağın böyüyüb Napoleonun ordusuna getməsindən kitabın son səhifələrinə kimi çoxlu hadisələr baş verdi. Bu gəncin adı Fabrisio idi. Müharibə əhvalatı çox qısa çəksə də, müharibədə iştirakı ölkəsində vətən xaini kimi yaşamasına səbəb oldu. Bu zamanlarda artıq bibisi ilə arasında emosional yaxınlıqlar artmağa başladı, amm sevginin nə olduğunu bilməyən Fabrisio bibisinin hisslərinə qarşılıq verə bilmirdi. Amma bibisi onu o qədər sevirdi ki, onun həyatının gözəl olması üçün öz həyatından istifadə edirdi. Beləcə İtaliyada, Parma Sarayında hersoginya olduqdan sonra saray həyatı ilə bağlı məsələlər çox aydın bəhs edilir. Bibisi həyatını xilas edəndən sonra isə sevgi məsələsinə görə birini öldürməsi yenə problemlərə hətta bir qalada həbsinə səbəb oldu. Bir tərəfdə bibisinin onun üçün etdikləri, digər tərəfdə isə Fabrisionun sevgi macəraları. O həddə çatmışdı ki, bibisi onu həbsdən qaçmasına nail olsa da, sonradan sevdiyi qıza görə o zindana geri qayıdır. Bibisinin Fabrisionun öz həyatında olmasını istəməsi, Fabrisionun çıxılmaz vəziyyətdə qalması. Hadisələrin çoxu saray intriqaları səbəbindən baş verdi. Hadisələr ona səbəb oldu ki, sevdiyi qız Kleliya andına sadiq qalmaq üçün başqası ilə evləndi. Lakin sevgiyə qarşı çıxa bilmədi. Və burada çox maraqlı bir şey baş verdi: Kleliye Fabrisionu bir də əsla görməyəcəyinə and içmişdi. Sevgisi o həddə çatdırdı ki, o Fabrisio ilə qaranlıqda görüşməyə başladı, yəni verdiyi anda sadiq qaldığını düşündü, çünki qaranlıqda onun üzünü görmürdü. Nəticədə isə onların oğlu dünyaya gəldi. Və qısacası, sonda ilk olaraq oğlu, sonra Kleliya, ən sonda Fabrisio belə bir həyatın qurbanları
Parma MonastırıStendhal · "Şərq- Qərb " nəşriyyatı · 20142,195 okunma
Reklam
8/10
·72 syf.··
2026 3. kitabı
·
11 günde okudu
·
Okunma: 10 Şubat 2026 21:23
Kitabla bağlı uzun bir fikir yazmağa ehtiyac yoxdur, çünki Tahsin Yücel Ön Sözündə kitabı çox yaxşı analiz edib. Onun da dediyi kimi ilk yazdığı bu kitab sonrakı əsərləri və düşüncələri üçün baza rolunu oynayıb. Mən sadəcə Taunu oxusam belə, digər kitabları barədə də az-çox fikrim var: Sisifos Söyleni-ndə Sisofosun hekayəsi olsun, Yabancı kitabına əsasən çəkilmiş Yazgı filmi olsun, - bunlar vasitəsilə fikirlərini təxmin etmək mümkün olur. Eyni zamanda Tahsin Yücel də Öz Sözdə Sisifos Söyleni ilə bu kitab arasındakı bənzərlikləri bizə göstərib. Bu kitab daxilində yazıçının yazdığı bir sıra esselər mövcuddur: Hə ilə Yox arasında, Ruhda Ölüm, Tərsi və Üzü və s. Bəzi başlıqlardakı yazıları mənə çox qarışıq gəldi, əslində nə demək istədiyini çox yaxşı anlamaq olur, amma istifadə edilən sözlər bir az oxumanı yavaşladırdı. Bu kitabında ən çox hiss olunan "iqlim ədalətsizliyi" idi. Yazıçıya görə dünyada bir çox ədalətsizliklərdən bəhs edilsə də, iqlim ədalətsizliyindən bəhs edilmir. Onun Əlcəzairin isti iqliminə, Günəşinə olan sevgisini görürük, Aralıq dənizi sahilindəki İspaniya, İtaliya kimi ölkələrə səfəri zamanı da Aralıq dənizi iqliminə olan heyranlığı da gözlər önündədir. Eyni zamanda Praqaya səyahətində biz onun narahatlığını görürük. O Əlcəzairdə yoxsul həyat sürsə belə, bu onu narahat etmirdi. Lakin Praqada o buludlu havalarda pulunun bitməsindən narahat idi və dostlarının onu xilas etməsini səbirsizliklə gözləyirdi. Eyni zamanda yoxsulluq da burada öz əksini tapırdı. Lakin bu yoxsulluğun onun üçün o qədər də dəhşətli olmamasının səbəbi Əlcəzairin iqlimi idi. Sadəlik, açıq fikirlilik kimi mövzuları da yazılarında görmək olur. Onun fikrincə biz insanlar həyatda dərin mənalar axtarırıq, amma həyat o qədər də dərin deyil, əslində hər şey çox sadədir. Xoşbəxtlik
Tersi ve YüzüAlbert Camus · Can Yayınları · 20147,1bin okunma
6/10
·160 syf.··
2025 7. kitabı
·
3 günde okudu
·
Okunma: 22 Ekim 2025 12:52
Azərbaycan klassiklərindən oxuduğum ilk kitab. Bəlkə, buna görə incələmə yazma ehtiyacı hiss etdim. Amma digər tərəfdən mövzu ilə bağlı fikirlərimi yazmaq istədim. 19 yaşlı bir qızla 30 yaşlı bir oğlanın evləndikdən sonra başlarına gələn hadisələrdən danışılır. Bu klassik azərbaycansayağı evlilik sayılmır. Adil imtahan nəzarətçisi olan zaanm Sərriyyəni görüb ondan xoşu gəlir. Səriyyə ilə söhbət etdikdən sonra isə ümumi razılıqla evlənirlər. Bu evliliyə sadəcə Adilin ailəsi narazı olurlar. 1 il ərzində hər şey qaydasında gedir. Amma sonra Adilin işiylə bağlı rayona getməli olurlar. Adil rəis kimi işləyir, Səriyyə isə körpüsalanlar briqadasında işləməyə başlayır. Hətta Adil istəyirdi ki, daha sonra Sərgiyə əyani şəkiçd universitet də oxusun. Lakin işlər bundan sonra başlayır. Səriyyənin daxilində briqadada 23-24 yaşlı Qəribcana qarşı hansısa hisslər oyanır. Bunun nə olduğunu kitabın sonuna qədər özü də izah edə bilmir. Amma Adil belə onun bu hisslərini hiss edir. Və buna görə də ara-sıra Səriyyəyə briqadada çalışmasını qadağan edir, amma Səriyyə bunu önəmsəmir. Sonradan Adil artıq qəzəbin, nifrətin işə yaramayacağını qəbul edir və Səriyyəyə qarşı daha mülayim davranır və onun briqada ilə işlərinə qarşı çıxmırdı. Amma Səriyyə indi də Adilin ona qarşı belə mülayim davranmasına qəzəblənir, bunu ikiüzlülük, saxtakarlıq adlandırır. Son hadisələrdə isə Qəribcanın ayağına sel zamanı daş düşdüyü üçün Adilin maşınını götürərək onu rayondan Bakıya xəstəxanada gətirməli olur. Əslində, bu hərəkətini pisləmək olmaz, bununla ayağının kəsilməsinin qarşısını alır. Amma nəzərə alınmalıdır ki, kitabdakı hadisə XX sərin ortalarında cərəyan edir və hələ indiki Azərbaycana baxanda belə, evli bir qadının belə bir şey etməsi normal qarşılanmaz. Burada Səriyyəni günahlandırmıram. Səriyyənin
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0743 okunma
9/10
·622 syf.··
2023 1. kitabı
·
24 günde okudu
·
Okunma: 26 Mart 2023 12:54
Bu kitabı daha öncə iki dəfə oxumağa cəhd etmişdim və ikisində də yarımçıq saxlamışdım, onsuz da ikinci oxumağa cəhdim də səthi olmuşdu, bir az oxuyub bağlamışdım. Elə buna görə də, özümün Oblomov kimi olduğunu düşünürdüm; tənbəllik etməyi sevmirəm, amma bu mənim təbiətimdə var. Həm də insanın kitab oxuya bilməsi için o kitabı oxumağı bacara biləcək mənəvi gücə də ehtiyacı var, məndə də o dönəmlərdə bu yox idi, amma indi bu düzəlməyə başlayıb. Eyni zamanda hər dəfə hər şeyi yarımçıq saxlayan biri olduğum üçün, xüsusilə bu il özümə bir söz verdim ki, artıq bir işi sona qədər edəcəksən, kiçik bir addım belə sona yaxınlaşmağa kömək edir. Beləcə, ani bir qərarla oxumağa başladım. Axı nəyi gözləyirdim ki? Kiminsə, ya "Şlots" kimi birinin mənə bunu deməsini? Elə biri var, ya da yoxdur, fiziki olaraq bəlkə də, çox nadir hallarda mövcud ola bilər. Uzun müddət kitab oxumağa fasilə verib bir anda nisbətən iri həcmli kitabla başlamağımın əsas səbəbi, içimdə uzun hekayələri sevdiyimi bildiyim üçündür. Başladım, bəzən həyəcanla, bəzən sıxılaraq oxudum, sonu kədərləndirdi, amma bir şeylər də öyrətdi. Kitabda çox gözəl bir terminlə qarşılaşdım: "Oblomovluq". Ciddən çox gözəl bir termindir. Bu, tam olaraq tənbəllik də deyil; hər şeyin fərqində olmaq, amma heç bir şeyin dəyişməyəcəyinə inanmaq, həyatdan bilərək əlini üzməkdir. Siyasi olaraq bunlae - Oblomov və Şlots, feodalizm qalıqları və sənaye inqilabını təsvir etsə də, mənə görə, bunlar insanın içində mövcuddur. İçimizdə bir "Oblomov" və bir "Şlots" var, bununla mübarizə aparırıq, biri qalib gələcək. Kapitalizm quruluşuda yaşayan birisi üçün "Oblomov"-un qalib gəlməsi çox dəhşətli olar, ona görə də hər kəs içindəki "Şlots"un qalib gəlməsi üçün çalışır, istəməsə, xoşbəxt olmasa belə, qalib gəlməyə məcburdur. Təbii ki, kitabdan da
Edebiyat
Oblomovİvan Gonçarov · Türkiye İş Bankası Kültür Yayınları · 202149,8bin okunma
7/10
·88 syf.··
2022 23. kitabı
Brunonun adını ilk dəfə Coğrafiya dərsində eşitmişdim. Həqiqətləri dediyi üçün diri-diri yandırılan filosof. Bruno, 16-cı əsrdə yaşamış Renessans filosoflarından biridir. İtaliyalıdır. Renessans da, aydınlanmadır, yəni bu dövrdə artıq insanlar dinin yalanlarını görməyə başlamış, elmin, fəlsəfənin və digər sahələrin inkişafı baş vermişdir. Bruno hətta Dominik təriqətinə də üzv olmuşdur, amma sonradan həqiqətlərin fərqinə varmış, bu da təriqətin və digər din adamlarının diqqətini çəkmişdir ki, beləcə, aforoz edilmişdir, ölkəsini tərk etməyə başlamışdır. Platon, Aristotel və s. kimi antik yunan filosoflarının əsərlərini yunancadan oxumuş, bunlarla bağlı dərslər vermişdir. Elə bu əsrdə Kopernikin "Günəş mərkəzdədir, Yer və digər planetlər isə onun ətrafında fırlanır", - fikirlərindən ibarət olan əsərini oxuyub, dindən daha da uzaqlaşmışdır. Ancaq eşitdiklərimizə də çox inanmamaq lazımdır: Yəni ki, Bruno, dediklərinə görə aforoz edilib, birbaşa yandırılmamışdır. Ölkədən qaçmağa məcbur olmuş, hətta inkvizisiya məhkəməsinə verilməmişdən öncə yenidən kilsəyə qayıtmağı cəhd etmiş, amma alınmamışdır. Məhkəmədə isə dedikləri hər şeyi dərhal geri ala biləcəyini, bağışlanmasını istəmişdir. Ətrafda onu sevməyən bəzi insanlar da ondan şikayətlənmişdir. Həmçinin, məhkəmə rəhbərliyi tərəfindən onun yazdığı əsərlər analiz edilmiş, onun əleyhinə olan sənəd hazırlanmışdır. Bruno ilk öncə bağışlanmağını istəsə də, sonradan fikrini dəyişdirərək, düşündüklərinə və etdiklərinə görə peşman olmadığını demişdir. Yandırılmasından 8 gün əvvəl isə "Ölümümdən xəbər verərkən, siz məndən daha çox qorxursunuz." - deyərək, ölümdən qorxmadığını söyləmişdir. 17 fevral 1600-cü ildə yandırılmışdır. Sonrakı səhifələrdə "maddə və forma" ilə bağlı düşüncələri barədə məlumat verilib. Çox maraqlı və axıcı
Felsefe
Giordano Bruno: Ölümümü Bildirirken Siz Benden Daha Çok KorkuyorsunuzFırat İlim · Destek Yayınları · 2020279 okunma
Reklam