şəms.

Ən tənha adamdır çox dostlu adam, Yıxıldın, qaçacaq hamısı birdən.
Sayfa 85·Kitabı okudu
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Vaxtında gəlmədin…Mən məndim onda, Qanadım yerində, Qolum yerində. Mən onda eşqimin ağ otağında Olsam da, olardım qurum yerində. Vaxtında gəlmədin. Bir çıxaq yola, Bir gedək bir ömrün sonuna kimi. Yollarda yorulaq, yolları yoraq, Qəlbimiz baş-başa sönənə kimi. Mən də çox ürəyə od dartdım, hədər, Heç vaxta sığmadı havalı vaxtım. Caynaqdan, qaynaqdan uzaqdı hələ O mənim abırlı, həyalı vaxtım. Görmüşəm vədəsiz batan səsləri, Hay çəkən qayanı, daşı görmüşəm. Xəyanət işində ustad kəsləri Dəyanət işində naşı görmüşəm. Ha dedim özümə özündən əl çək, Uysan hər havaya, oynamaq asan… Taleyin dalınca gedirsən, gərək Qovrulsan, sovrulsan qayıtmayasan. Mum oldun, qum oldun daşa söykənib, Sinəndə göyərtdin daş xınasını. Buluddan su alsa qızıl heykəlin… Zaman sındıracaq tez sınasını. Danışsaq çıxacaq dərd bir-bir üzə, Qəlbimiz külü boz külqabı kimi. Biz indi gərəyik bir-birimizə Gərəksiz nəsihət kitabı kimi. Səni kim yolladı ömrümə qonşu,
Sayfa 72·Kitabı okudu
Vaxtında gəlmədin... Vaxt köhlən atdı! Vaxtında yalına yatanlar udur, Yer göyə tulladı, göy yerə atdı, Budur gecikmənin töhfəsi,budur!
Sayfa 73·Kitabı okudu
sinəm səhra sinəsi.
Səhra qumlarının hesabı varmı?.. Səhra küləkləri cilova yatmaz. Sinədə itəni tapmaq olarmı? Küləklər qayıdar, İtən qayıtmaz. Özümü gəzirəm əli çıraqlı, Çəkisiz, ölçüsüz qum dənəsiyəm. Hər yolun, çəhlimin qapısı bağlı, Qarışqa fəndləri öyrənəsiyəm. Suyu bir dəhnədən: əyrinin, düzün... Bir gözdə haqq yatır, Bir gözdə nahaq. Qaraquş gecəni, ağ quş gündüzü, Tələdən, cələdən kim qoruyacaq? Təklərə hay verib, tənha qalmışam, Sinəmdən ay doğar-qaranlıq olsa. Sonuncu qorumla od qalamışam, Yanarlıq olacaq- Qanarlıq olsa. Sənə də yol verdim, süləngi xain, Əli məşəllidir bələdçi peşəm. Sürün öz yuvana, sürün arxayın, Mən çox yıxılmışam, sürünməmişəm. Bəzən buz içində od saxlayıram, Dəvə yüklərimi qarışqa dartır.
Sayfa 69·Kitabı okudu
"Ağlama, qorxuram göz yaşlarından."
Yenə gözün dolu, ürəyin dolu, Təsəlli sənindir, gileylər mənim. Vallah, öz içimdə öz dərdim donur, Vallah, bu gileylər kül eylər məni. Gözündən ovcuna arx açdın, yetər, Əl atsan, çiçəklər solar, quruyar. Üzünün yanğısı ocaqdan betər, Buludlar quruyar, sular quruyar. Mən nədən yapışım, nədən barınım, Gözlərin varisi göz yaşlarıdır. Qadın ziynətinin, qadın varının Ucuz mirvarisi göz yaşlarıdır. Hələ dostlarım var- əli qolumda, Bir dərdə itiyəm, bir dərdə tuşam. Gecədən gündüzə gedən yolumda Bu göz yaşlarına çox uduzmuşam. Gördüm gülüşündən gülab yağanı, Bir gözü qızıldı, bir gözü gümüş! Duydum bir məqamda o ağlağanı, Gözü ağlayanda qəlbi gülürmüş!.. Dərdiylə, qəmiylə qoşa yatdığım O necə qəfəsdi, o necə səsdi. Büdrəyib aşanda əl uzatdığım Dikəlib qalxanda əlimi kəsdi.
Sayfa 63·Kitabı okudu