Jalə İslam

Jalə İslam bir yorumu yanıtladı.
Qürur məsələsi
Keçən gün anam bizim kasıb kirayə evinə gəlmişdi. Evi ondan fərqli olaraq çox az dağınıq saxladığımız üçün evə keçməyi qəbul etmədi və girişdə məni gözlədi. Keçərli səbəb isə budur ki, içəri girsəm gərək təmizləyim sonra çıxım. Bizim evə isə anam keçid etsə, bir həftə çıxa bilməsi mümkünsüz olduğu üçün bu fikri ilə mən də razılaşdım. Sonra mənim bir-biri ardınca sıraladığım yalanlar başladı. Soruşur ki, nəyin var və nə nəyin əksikdir? Əksikləri de, həll edək. Deyirəm yağ, makaron, düyü, yumurta, pomidor və s. almışam. Amma bunların əksinə məni evdə bir pomidor və dörd dənə yumurta gözləyir. O dörd yumurtanın ikisini də ev yoldaşlarım sağ olsunlar, sındırıblar. Mən isə mağaza aləmində birinin üstünə beşini qoyub danışıram. Qəribə bir hal idi. Əslində, həyatımda ən son bu pul məsələsi ilə bağlı anamdan utanmadığım qalmışdı, lakin zaman ötdükcə artıq ondan da utanıram. İnsanın yaşı artdıqca qüruru öz bağrına basır. Əvvəllər anam xərclik olaraq beş manat vermir deyə dünyanı dağıdırdım. İndi Allaha yalvarıram ki, pul bitməmiş hər şeyi hiss edib özü atsın. Böyüdüm deyəsən, ya da tamamilə başqa bir şey baş verdi. Hər nə oldusa, hər şey xarakter olaraq yaxşı yöndə, hadisə olaraq tamamilə əksinə davam edir. Bunların bir gün müsbət mövqedə qovuşması diləyilə...
Hamidov H okurunun profil resmi
Qürur və gizli eqo. İndinin özündə belə atamdan pul istəməyə çəkinirəm. Diqqət elədizsə utanıram demədim. Burada utanmalı heçnə yoxdur çünki. Çəkinmə və qürur etmə səbəbimiz, sabahsı gün özünü dolandıra bilmirsən, hələdə bizim dəstəyimizlə ayağdasan kimi sözlərdir. Hər hansı bir irad bildirə bilmirsən, etmək istədikdə, etdiyimiz yaxşılıqlar burnundan gələr kimi cavab ala bilərsən, ki bu cümlədə də hansı yaxşılıqlardan bəhs olunduğunu yaxşı bilirsən. İnsan, gərək yalnız özünə möhtac olsun.
3 önceki yanıtı göster
Jalə İslam okurunun profil resmi
VüsaIe Quluzadeh
VüsaIe Quluzadeh
Ah bu atalar... Bizə nur topu kimi travmalar və qəlb qırıqlıqları xatirə qoyurlar. (
9 sonraki yanıtı göster
Reklam
Jalə İslam yorumladı.
... +163
"Darmadağın" bitdi. İkinci kitabımı ən qısa zamanda sizlərə təqdim edəcəyəm.
Jalə İslam okurunun profil resmi
Xeyirli olsun 🙏
Nəimi okurunun profil resmi
Çox sağolun✨🙏
Jalə İslam bir yorumu yanıtladı.
Axtarma
Taparsanmı bir gün məni Bu şəhərin insanla dolu boş küçələrində? Axtararsanmı bir gün məni Yazılmamış hər şeirdə? Məni insan zənn etmə Bir məzarlıq var qəlbimdə Susuzluqdan ölmüş uşaqların qəbrindən Ölmüş hər körpə mənəm
Jalə İslam okurunun profil resmi
Məni axtar, Ruhu cismindən qeyb olan hər kəsin Səssiz baxışlarında. Məni axtar, Başlaya bilmədiyin bütün abzaslarda, Bitirə bilmədiyin bütün cümlə sonlarında. Məni axtar, Bir vidanı belə yaraşdırmadığın son məktub sətirlərində. Məni axtar Yad elin boğazı dələn acı su dadında. Məni axtar, Tapdığını zənn etdiyin hər gün. Zənn edib itirməyə məcbur olduğun hər gün... Sən yenə də məni axtar! Qaralamam üçün üzr istəyirəm 🙏

Okur Takip Önerileri

Tümünü Gör
Jalə İslam bir yorumu yanıtladı.
Elə bilirdin ki, möcüzə baş verib? Sevgi-filan... ancaq kitablarda və kinolarda olur bu...
Jalə İslam okurunun profil resmi
Həmçinin arzu və xəyallarda...
1 önceki yanıtı göster
Jalə İslam okurunun profil resmi
Müjgan Ahmedzade
Müjgan Ahmedzade
Əgər bir neçə istisnaları çıxsaq, fikirləriniz həqiqətdir.
2 sonraki yanıtı göster
Jalə İslam yorumladı.
Ürəyimdə ölən qadına..
Sənə ürəyimdə bir ev tikmişəm, Hopub divarına payız sarısı. Sənə ürəyimdə bir ev tikmişəm, Orda qurd ulayır gecə yarısı. Orda sənsizlik var, bir də həsrətin, Orda çiçəkləri külək daramır. O ev gözlərinə bənzəyir sənin,
100 öğeden 6 ile 10 arasındakiler gösteriliyor.